Beynəlxalq Qızıl Xaç Komitəsi Qarabağda gərginliyi artırır
Tarix: 10-09-2023 15:57 | Bölmə: Slayd
Beynəlxalq Qızıl Xaç Komitəsi Qarabağda gərginliyi artırır

Rusiyanın Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin (BQXC) Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli şəxslər üçün göndərdiyi ərzaq dolu yük maşınının Xankəndiyə keçidi gecikir. Bu gün saat 10 radələrində ərzaq dolu yük maşınının Əsgərana keçidinin təmin olması nəzərdə tutulsa da, yük maşını "Bərdə" otelinin yanında dayanıb.

Reyting.az
xəbər verir ki, politoloq Turan Rzayev Rusiyadan yük gətirən TIR avtomobilinin ləngiməsinə iki əsas səbəb göstərib:

“Birincisi, Qarabağdakı separatçılarının növbəti qeyri-konstruktiv mövqeyi;

İkincisi, Beynəlxalq Qızıl Xaç Komitəsinin və Qərbin, Rusiya Qızıl Xaç Cəmiyyətinə təzyiqi”.

T. Rzayev əlavə edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin və Qərbin, Rusiya Qızıl Xaç Cəmiyyətinə təzyiqi xüsusilə diqqət çəkir: “Beynəlxalq Qızıl Xaç Komitəsi üzdə məsələni dəstəkləyən kimi görünsə də, arxa planda süni şəkildə prosesi əngəlləyir. Rusiyanın Qızıl Xaç Cəmiyyətinə göstərilən təzyiq də bunu təsdiq edir.

Ümumiyyətlə, Qızıl Xaç Komitəsi ilk dəfə deyil ki, belə qeyri-konstruktiv hərəkət edir. Dəfələrlə bu qurumun Azərbaycanın Qarabağ bölgəsində fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanıb”.



T. Rzayev xatırladıb ki, Azərbaycan Laçında sərhəd-buraxılış məntəqəsi yaratdıqdan sonra buradan qanunsuz keçidlərin qarşısı alınarkən, dəfələrlə BQXK-nin öz səlahiyyətlərindən sui-istifadə edərək faktiki qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib və bunun qarşısı alınıb:

“Belə bir nəticəyə gəlmək olar ki, BQXK bu gün geosiyasi oyunlara cəlb olunaraq Qərbin maraq və mənafelərini ifadə edir, onların əlində bir alətdir.

İndiki məqamda BQXK-nın kəşfiyyatçılıq fəaliyyəti həyata keçirməsi, hətta Azərbaycan ərazisində informasiya toplayıb müəyyən mərkəzlərə ötürməsi kimi risklər də var. Öz maşınlarından qaçaqmalçılıq üçün istifadəyə icazə verən bir qurumun indi də kəşfiyyatçılıq fəaliyyəti içərisində olması heç də uzaq ehtimal deyil.

Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı hərbi təlimlərə cəlb olunub və təlim çərçivəsində ordu bölmələri, hərbi texnika intensiv hərəkət edir”.

T. Rzayev əlavə edib ki, ərzaq dolu yük maşınının Bərdədə qalması həm də BQXK-nın ordumuzun hərəkət halında olan və təlimlərə cəlb edilən hərbi texnikalarını, habelə hərbçilərimizi görməsi, daha sonra da bu məlumatları Qərb dairələrinə ötürməsi ilə nəticələnə bilər.

Politoloq sonda qeyd edib ki, bütün ehtimalları və riskləri nəzərə alaraq, müvafiq tədbirlər görmək lazımdır.

ELÇİN




Bölməyə aid digər xəbərlər