17:08 / 12-06-2025
Paşinyan Türkiyəyə gedir
16:53 / 12-06-2025
Astara sakini 23 kq narkotiklə tutulub
16:09 / 12-06-2025
Təyyarə qəzasında çoxsaylı sərnişin ölüb - Yenilənib
15:50 / 12-06-2025
Donald Tramp etirazçıları hədələyir
15:44 / 12-06-2025
Keçmiş rəisə 8 il 6 ay həbs cəzası verilib
14:57 / 12-06-2025
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
14:57 / 12-06-2025
İran AEBA-nın qətnaməni pisləyib
14:45 / 12-06-2025
Qubada tapılan meyitlə bağlı dəhşətli xəbər yayılıb
14:07 / 12-06-2025
Prezident İlham Əliyev zavodun açılışında iştirak edib - Fotolar
14:01 / 12-06-2025
Ramil Həsən TÜRKPA-nın baş katibi seçilib
13:32 / 12-06-2025
Prezident Şahin Mustafayevlə bağlı sərəncam verib
13:28 / 12-06-2025
Müxalifətin baş naziri devirmək cəhdi uğursuz olub
13:21 / 12-06-2025
Tramp: Putin Ukraynadakı itkilərə əhəmiyyət vermir
13:18 / 12-06-2025
Siyavuş Novruzov: “Vətəndaşlar dövlətin, bələdiyyənin üzərinə gəlir ki..."
13:07 / 12-06-2025
İranı vurmağa hazırlaşırlar
12:38 / 12-06-2025
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə keçirilir
12:27 / 12-06-2025
Sabah 37 dərəcə isti olacaq - Proqnoz
12:22 / 12-06-2025
Moskvaya hücum: dronlar texnoparkı vurub - Foto
12:00 / 12-06-2025
Qış fırtınası: 49 nəfər ölüb, məktəblilərin avtobusu su altında qalıb
11:49 / 12-06-2025
Baş Qərargah: İndiyə qədər bir milyon rus hərbçisi zərərsizləşdirilib
11:15 / 12-06-2025
“TikTok”da dələduzluq edən şəxs saxlanılıb
11:01 / 12-06-2025
İlham Əliyev Putini təbrik edib
10:42 / 12-06-2025
Prezident İlham Əliyev iclas iştirakçılarına müraciət edib
10:23 / 12-06-2025
Xaricdə oxuyan 52 nəfərin diplomu tanınmayıb
10:11 / 12-06-2025
TÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçib
10:00 / 12-06-2025
İrandan Azərbaycana 75 kq narkotik keçirilməsinin qarşısı alınıb
09:50 / 12-06-2025
Bakı məktəblərində attestat üçün 20 manatdan rüşvət yığırlar - Video
09:41 / 12-06-2025
DSMF sədrinə yeni müşavir təyin olunub
09:24 / 12-06-2025
Klinika rəhbərinin ölkədən çıxışına “stop” qoyulub
10:50 / 08-06-2025

23:25 / 07-06-2025

18:34 / 08-06-2025

22:58 / 08-06-2025

09:10 / 08-06-2025

10:05 / 08-06-2025

13:07 / 10-06-2025

09:31 / 09-06-2025

08:48 / 09-06-2025

22:32 / 09-06-2025

16:32 / 10-06-2025

21:10 / 09-06-2025

KTMT əvəzinə ABŞ-la birgə təlimlər - Ermənistan Kremldən üz döndərir?
Tarix: 11-09-2023 11:57 | Bölmə: Slayd

Sentyabrın 11-də İrəvan yaxınlığındakı Zar və Armavir poliqonlarında ilk dəfə olaraq “Eagle Partner” (“Qartal tərəfdaşı”) erməni-amerikan sülhməramlı təlimi başlayacaq. Təxminən eyni vaxtda Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mavi dəbilqələrinin manevrləri planlaşdırılırdı, lakin İrəvan onları keçirməkdən imtina etdi və bir neçə gün əvvəl respublikanın KTMT-dəki səlahiyyətli nümayəndəsini vəzifəsindən geri çağırdı. Bu təşkilat çərçivəsində “Sarsılmaz Qardaşlıq 2023” təlimləri 2023-cü ilin oktyabrında Ermənistan nümayəndələri olmadan Qırğızıstanda keçiriləcək.
Reyting.az xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.
Rusiya nəşrinin təhlilində qeyd olunur:
“Qartal tərəfdaşı” iki ölkədən olan əsgərlərimiz üçün taktiki səviyyədə yeni əlaqələr qurmaq və sülhməramlı əməliyyatlarda qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq üçün mühüm fürsətdir.
O, həmçinin Kanzas Milli Qvardiyasının Ermənistanla qurduğu 20 illik əlaqələrə əsaslanır”, - ABŞ Ordusunun Avropa və Afrika bölməsindən polkovnik Martin O'Donnell bildirib.
Öz növbəsində, Ermənistan Müdafiə Nazirliyi bəyan edib ki, təlimlər sülhməramlı tapşırıqları yerinə yetirərkən münaqişə tərəfləri arasında sabitləşdirmə əməliyyatlarını əhatə edir.
Onların İrəvandakı məqsədləri belə ifadə edilib: “Sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması, idarəetmə və taktiki rabitə sahəsində qabaqcıl təcrübələrin bölüşdürülməsi, o cümlədən erməni bölməsinin planlaşdırılmış döyüşlərə hazırlığının artırılması, NATO-nun sülh naminə Tərəfdaşlıq Proqramının Əməliyyat Qabiliyyət Konsepsiyası ilə bağlı qiymətləndirmələr”.
Moskvada rəsmilər artıq bu manevrlərdən və İrəvanın Moskvaya dost olmayan digər addımlarından narazılıqlarını bildiriblər. Bunlara, məsələn, Ermənistanda Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiyası prosesinin başlanması, baş nazir Nikol Paşinyanın həyat yoldaşının Ukraynaya səfəri və Kiyevə humanitar yardımın ötürülməsi daxildir.
Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının rəhbəri Sarkis Xandanyan bəyan edib ki, “ABŞ ilə təlimlərin keçirilməsi qərarı Ermənistanın suveren qərarıdır”: “Mən başa düşürəm ki, müxtəlif tərəflərin narahatlığı ola və narazılıq ifadə edə bilərlər. Qəbul edilən qərar həm də dərinləşən Ermənistan-Amerika münasibətlərinin reaksiyası və nəticəsidir”.
Xandanyanın sözlərinə görə, Ermənistan bütün sahələrdə ABŞ-la münasibətləri yaxşılaşdırmağa çalışır. Eyni zamanda, Xandanyan qeyd edib ki, təlimlər beynəlxalq sülhməramlı missiyalarda erməni-amerikan əməkdaşlığının yaxşılaşdırılmasına yönəlib.
ABŞ və NATO-dan olan tərəfdaşların erməni mavi dəbilqəliləri ilə birlikdə dünyanın müxtəlif regionlarında, o cümlədən Cənubi Qafqazda sülhyaratma vəzifələrini həll etməyə nə dərəcədə hazır olduqlarını söyləmək çətindir, lakin aydındır ki, bunun yaxın gələcəkdə baş verməsi ehtimalı azdır. Moskva, İrəvan və Bakı arasında 2020-ci ildə əldə edilmiş üçtərəfli razılaşmalara əsasən, Dağlıq Qarabağ ərazisində analoji tapşırıqlar Rusiya sülhməramlı kontingenti tərəfindən həyata keçirilir. Məsələn, Rusiya Müdafiə Nazirliyinin bir gün əvvəl dərc olunmuş məlumatında bildirilir ki, münaqişə zonasında atəşkəs rejiminə əməl olunmasına nəzarət 30 müşahidə məntəqəsində aparılır: “Sentyabrın 9-na olan məlumata görə, ərazidə hər hansı pozuntu qeydə alınmayıb. Rusiya sülhməramlı kontingenti öz səlahiyyət zonasının beş marşrutu üzrə patrul xidməti həyata keçirib”.
Yeri gəlmişkən, bir çox ölkələrin mətbuatı və rəsmiləri son bir-iki həftədə Qarabağ ətrafında gərginliyin artdığını qeyd ediblər. Sosial şəbəkələrdə və KİV-də münaqişə tərəflərinin Ermənistan-Azərbaycan sərhədinə silah və hərbi texnika keçirməsini əks etdirən videogörüntülər yayılır. Rusiya Müdafiə Nazirliyi bildirib ki, “Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və mümkün insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”.
“İrəvanın qeyri-dost hərəkətlərinə baxmayaraq, Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin mövcudluğu sayəsində Cənubi Qafqazda Rusiyanın rolu ardıcıl olaraq yüksək və həlledici olaraq qalır, - deyə hərbi ekspert, general-leytenant Yuri Netkaçev vurğulayıb. - Vəziyyətin daha da gərginləşməsi Dağlıq Qarabağda Samvel Şahramanyanın “prezident seçilməsi” ilə bağlılığı mümkündür”.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağda keçirilən “seçkilər”i beynəlxalq hüququn prinsiplərini pozan qanunsuz fəaliyyət adlandırıb.
“Ancaq bunlar daha çox siyasi, diplomatik məsələlərdir. Orada hərbi eskalasiya artıq kulminasiya nöqtəsinə çatıb. Təkcə Rusiya deyil, Cənubi Qafqazda sərhədləri yenidən düzəltmək istəməyən və bu kimi məsələləri danışıqlar masası arxasında həll etmək niyyətində olan İran da Ermənistanla Azərbaycan arasında yeni müharibənin qarşısını ala bilər.
ABŞ və ya NATO qüvvələrinin Qarabağ münaqişəsinə mümkün müdaxiləsinə gəlincə, bu, çətin ki baş tutsun. İran və Rusiya, o cümlədən hərbi yolla buna imkan verməyəcək”, - deyə Netkaçev bildirib.
Ekspert öz qənaətlərini təsdiqləmək üçün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə istinad edib. Rusiyanın Cənubi Qafqazı könüllü şəkildə tərk etməsi ilə bağlı Nikol Paşinyanın sözlərinə cavab olaraq Peskov bunun heç də belə olmadığını deyib.
"Rusiya vəziyyəti sabitləşdirmək və münaqişənin aradan qaldırılmasında ardıcıl olaraq çox mühüm rol oynamağa davam edir və biz bu rolu davam etdirəcəyik", - deyə Kremlin sözçüsü qeyd edib.
Y. QACAR
Bölməyə aid digər xəbərlər

Bu gün, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
Bu gün, 13:07
İranı vurmağa hazırlaşırlar
Dünən, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
Dünən, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
Dünən, 12:12
Dron müharibəsinin dərsləri
Dünən, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb
3-06-2025, 11:57
Şəhidimiz Suraxanıda dəfn olunub - (Yenilənib) - Foto
3-06-2025, 10:34
Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir
3-06-2025, 09:58
Türkiyədə güclü zəlzələ olub - Ölən və xəsarət alanlar var
3-06-2025, 08:26
Yerin maqnit qasırğası artıb
2-06-2025, 14:02
50 minlik qoşun hücumdadır, Ukrayna Sumını itirə bilər - (Yenilənib)
2-06-2025, 11:00
Paşinyan kilsəyə niyə müharibə elan edib?
2-06-2025, 08:58
Azərbaycan ərazisində zəlzələ olub
1-06-2025, 20:08
Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
31-05-2025, 16:52
Laçına növbəti köç karvanı gedib - (Yenilənib)
30-05-2025, 18:30
Asim Mollazadə: Azərbaycan və müttəfiqləri qitələrarası sistem yaradır
30-05-2025, 14:10
Azərbaycan-Türkiyə-Pakistan ittifaqı qlobal xarakter daşıyır - Ekspert
30-05-2025, 13:00
Azərbaycan və Çin arasında viza ləğvi barədə saziş təsdiqlənib
30-05-2025, 12:44
Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - Sərəncam
30-05-2025, 11:35
Paşinyan “2018-in uğuru”nu xərcləyir - Yeni seçkilər “Vətəndaş müqaviləsi”nə nə vəd edir?
30-05-2025, 09:44
Xoş günlər zamanın sürətinə təsir edir?
30-05-2025, 07:59
COVID-in yeni ştammı daha təhlükəlidir