Milyarder Fərhad Əhmədov Avropa İttifaqının sanksiyasından qurtulur
Tarix: 12-09-2023 17:53 | Bölmə: Slayd
Milyarder Fərhad Əhmədov Avropa İttifaqının sanksiyasından qurtulur
Fərhad Əhmədov

Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən üç nəfərə tətbiq edilmiş sanksiyaları uzadmayacaq.

Reyting.az
-ın xəbərinə görə, bu barədə çərşənbə axşamı “Reuters” agentliyinə iki diplomatik mənbə məlumat verib.

Sanksiyaların uzadılması mümkün olmayanlar Putinə yaxın iş adamları Qriqori Berezkin, azərbaycanlı milyarder Fərhad Əhmədov və Rusiyanın elektron ticarət şirkəti olan “Ozon”-un keçmiş rəhbəri Aleksandr Şulqindir.

Avropa İttifaqı altı aydan bir yenilənən sanksiyaların tətbiqi üçün 27 üzv dövlətin yekdilliyini tələb edir. Növbəti partiyanın müddəti sentyabrın 15-də başa çatır.

Xatırladaq ki, ötən həftə Aİ Məhkəməsi rusiyalı oliqarx Dmitri Pumpyanski və onun həyat yoldaşı Qalina Pumpyanskayanın Aİ sanksiyalarına qarşı şikayətini rədd edib. Bundan əlavə, daha bir neçə rusiyalıya sanksiyaların yüngülləşdirilməsindən imtina edilib.

Bu arada Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın “taxıl sövdələşməsi”nə qayıtması naminə hər hansı sanksiya güzəştləri ilə bağlı müzakirələri məntiqsiz və qəbuledilməz adlandırıb.

Y. QACAR




Bölməyə aid digər xəbərlər