17:08 / 12-06-2025
Paşinyan Türkiyəyə gedir
Baydenlə bağlı araşdırma başlayır
Tarix: 12-09-2023 21:14 | Bölmə: Slayd
Baydenlə bağlı araşdırma başlayır
C. Bayden

ABŞ Nümayəndələr Palatasının komitələri prezident Cozef Baydenin impiçmenti üçün mümkün səsvermə ərəfəsində rəsmi araşdırmaya başlayıb. Reyting.az xəbər verir ki, müvafiq sərəncamı qanunverici orqanın aşağı palatasının spikeri Kevin Makkarti (Kaliforniyadan olan respublikaçı) elan edib.

K. Makkarti konqresdə jurnalistlərə deyib ki, Nümayəndələr Palatasının komitələrinə prezident C. Baydenin rəsmi impiçment təhqiqatına başlamağı tapşırıb.

Onun sözlərinə görə, son bir neçə ay ərzində Nümayəndələr Palatasının respublikaçıları prezident Baydenin davranışına dair ciddi və inandırıcı sübutlar - korrupsiya əlaməti aşkar ediblər.

ABŞ hökuməti iyerarxiyasında üçüncü ən yüksək vəzifəni tutan Makkarti bildirib ki, təhqiqat prezidentin oğlu Hunter Baydenin biznes əməliyyatlarından faydalanmaqla yanaşı digər məsələlər ətrafında aparılacaq. "Bunlar vəzifə səlahiyyətlərindən sui-istifadə, ədalət mühakiməsinə maneçilik, habelə korrupsiya ittihamlarıdır və Nümayəndələr Palatasının əlavə araşdırmasını tələb edir", - spiker qeyd edib.


K. Makkarti

O, jurnalistlərin suallarını cavablandırmayıb.

Əvvəllər Makkarti bildirmişdi ki, bu cür araşdırma yalnız respublikaçıların çoxluğa malik olduğu Nümayəndələr Palatasında müvafiq səsvermədən sonra başlaya bilər. Bundan əlavə, “Axios” xəbər portalı yazır ki, spikerin Baydenin impiçmentinin bir hissəsi kimi ittihamları təsdiqləmək üçün aşağı palatada 218 qanunvericinin dəstəyini alacağı hələ də bəlli deyil. Demokratların nəzarətində olan Senatda bəzi respublikaçılar artıq konqresmenlərin təqdim etdikləri sübutları bunun üçün yetərli hesab etmədiklərini bildirirlər.

Onu da qeyd edək ki, 2019-cu ildə o zaman Nümayəndələr Palatasına nəzarət edən demokratlar o vaxtkı prezident Donald Trampın vəzifədən kənarlaşdırılması proseduruna başlayıb. Bununla belə, iş 2020-ci ildə Senata gedəndə respublikaçıların çoxluğu səbəbindən prezident bəraət alıb. 2021-ci ildə demokratların Trampı impiçment etmək üçün növbəti cəhdi də uğursuz olub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər