17:08 / 12-06-2025
Paşinyan Türkiyəyə gedir
Putini yalnız Tramp xilas edə bilər - MKİ-nin keçmiş direktoru
Tarix: 13-09-2023 13:20 | Bölmə: Slayd
Putini yalnız Tramp xilas edə bilər

2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampın qalib gəlməsi Rusiya lideri Vladimir Putin üçün çox vacibdir.

Reyting.az
xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Con Brennan bildirib.

Barak Obamanın ikinci prezidentliyi dövründə Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik etmiş Con Brennanın iddiasına görə, ABŞ-ın sabiq prezidenti Donald Trampın qələbəsi Ukraynaya qarşı müharibədə Rusiyanın xeyrinə ola bilər:

“Hesab edirəm ki, Putin üçün Trampın seçkilərdə qalib gəlməsi olduqca vacibdir. Putin və Tramp bir-birlərinə ehtiraslı avtokratlar cəmiyyətinin üzvləridir. Və onlar bir-birlərinə yaltaqlanaraq bir-birinin xeyrinə oynamağa hazırlaşırlar”.


Con Brennan

Eyni zamanda, MKİ-nin keçmiş rəhbəri Trampın Ağ evə qayıtmasının təkcə Putinin “çöküşdən” əziyyət çəkdiyi Ukraynaya zərər verməyəcəyinə əminliyini ifadə edib: “Əgər Tramp Ağ evə qayıda bilsə, o, Putinin əməkdaşlıq edəcəyi həmfikiri ola bilər. Bu, şübhəsiz ki, ABŞ-ın və ümumilikdə Qərbin maraqlarına zərər verər”.

Xatırladaq ki, Ağ evə qayıtmaq istəyən ABŞ-ın keçmiş prezidenti D. Tramp dəfələrlə Ukraynaya hərbi yardımın ləğvinə tərəfdar olduğunu bəyan edib. O, həmçinin deyib ki, Ukrayna öz ərazisinin bir hissəsini Rusiyaya verməlidir.

Maraqlıdır ki, Kiyev və Moskvada ən azı ictimai bəyanatlarda Trampın təcavüzkarın tərəfində olacağına inanmırlar. Ukrayna prezidenti Vladimir Zelenski bu yaxınlarda Trampın heç vaxt Putini dəstəkləməyəcəyini deyib.

Putin də Trampın ABŞ prezidentliyini qəbul edəcəyi təqdirdə Vaşinqtonla münasibətlərdə ciddi dəyişikliyə ümid etmədiyini bildirib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər