Qara dənizdə gərginlik: daha bir ölkə Rusiya ilə döyüşə hazırlaşır
Tarix: 14-09-2023 15:30 | Bölmə: Slayd
Qara dənizdə gərginlik: daha bir ölkə Rusiya ilə döyüşə hazırlaşır

“Qara dənizdə NATO ölkələrinin Rusiya ilə birbaşa münaqişəsi ola bilər”.

Reyting.az
xəbər verir ki, bunu Bolqarıstanın müdafiə naziri Todor Taqarev deyib.

Onun fikrincə, Moskva Bolqarıstanın Qara dəniz iqtisadi zonasını əngəlləyir.

Taqarev Rusiya hakimiyyətini təxribatlarda da ittiham edib. Onun sözlərinə görə, iqtisadi zonalarda əlavə təhlükəsizlik tədbirləri yalnız BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq NATO-nun fəaliyyəti ilə təmin edilə bilər.

“Bolqarıstan həm müstəqil, həm də NATO müttəfiqlərimizlə bu təxribatlara cavabı müzakirə edir”, - deyə nazir əlavə edib.

Taqarev deyib ki, Bolqarıstan Ukrayna limanlarından Bolqarıstan sularından keçəcək yük gəmilərinə Rusiyanın hücumu ilə bağlı ssenarilər hazırlamayıb. Nazir hesab edir ki, hələlik belə risklər yoxdur.

“Bu sular hər bir sahilyanı dövlətin suverenliyi altındadır və dövlət ərazisinin bir hissəsidir. Ərazi dənizindəki hücum Bolqarıstan Respublikasına və bütövlükdə NATO-ya hücum sayıla bilər”, - deyən nazir bununla bağlı xəbərdarlıq da edib.

Məlumat üçün xatırladaq ki, Rusiya taxıl sazişindən çıxdıqdan sonra Qara dənizdə vəziyyət daha da gərginləşib. Bundan sonra Rusiya raketlərlə Ukrayna limanını və taxıl infrastrukturunu məhv etməyə başlayıb. Bundan əlavə, ruslar Qara dənizdən keçən istənilən gəmini hərbi yük daşıyan hesab edəcəyini və atəş açacağını bildirib.

Onu da qeyd edək ki, bundan əvvəl də Bolqarıstanın müdafiə naziri T. Taqarev NATO ölkələrinin Qara dənizdə Rusiya ilə birbaşa münaqişəsi ola biləcəyi iddia etmişdi.

E. KAMAL




Bölməyə aid digər xəbərlər