15:50 / 12-06-2025
Donald Tramp etirazçıları hədələyir
15:44 / 12-06-2025
Keçmiş rəisə 8 il 6 ay həbs cəzası verilib
14:57 / 12-06-2025
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
14:57 / 12-06-2025
İran AEBA-nın qətnaməni pisləyib
14:45 / 12-06-2025
Qubada tapılan meyitlə bağlı dəhşətli xəbər yayılıb
14:39 / 12-06-2025
Hindistanda təyyarə qəzaya uğrayıb - 133 nəfər həlak olub
14:07 / 12-06-2025
Prezident İlham Əliyev zavodun açılışında iştirak edib - Fotolar
14:01 / 12-06-2025
Ramil Həsən TÜRKPA-nın baş katibi seçilib
13:32 / 12-06-2025
Prezident Şahin Mustafayevlə bağlı sərəncam verib
13:28 / 12-06-2025
Müxalifətin baş naziri devirmək cəhdi uğursuz olub
13:21 / 12-06-2025
Tramp: Putin Ukraynadakı itkilərə əhəmiyyət vermir
13:18 / 12-06-2025
Siyavuş Novruzov: “Vətəndaşlar dövlətin, bələdiyyənin üzərinə gəlir ki..."
13:07 / 12-06-2025
İranı vurmağa hazırlaşırlar
12:38 / 12-06-2025
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə keçirilir
12:27 / 12-06-2025
Sabah 37 dərəcə isti olacaq - Proqnoz
12:22 / 12-06-2025
Moskvaya hücum: dronlar texnoparkı vurub - Foto
12:00 / 12-06-2025
Qış fırtınası: 49 nəfər ölüb, məktəblilərin avtobusu su altında qalıb
11:49 / 12-06-2025
Baş Qərargah: İndiyə qədər bir milyon rus hərbçisi zərərsizləşdirilib
11:15 / 12-06-2025
“TikTok”da dələduzluq edən şəxs saxlanılıb
11:01 / 12-06-2025
İlham Əliyev Putini təbrik edib
10:42 / 12-06-2025
Prezident İlham Əliyev iclas iştirakçılarına müraciət edib
10:23 / 12-06-2025
Xaricdə oxuyan 52 nəfərin diplomu tanınmayıb
10:11 / 12-06-2025
TÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçib
10:00 / 12-06-2025
İrandan Azərbaycana 75 kq narkotik keçirilməsinin qarşısı alınıb
09:50 / 12-06-2025
Bakı məktəblərində attestat üçün 20 manatdan rüşvət yığırlar - Video
09:41 / 12-06-2025
DSMF sədrinə yeni müşavir təyin olunub
09:24 / 12-06-2025
Klinika rəhbərinin ölkədən çıxışına “stop” qoyulub
08:52 / 12-06-2025
30 yaşlı kişi "Niasitol"dan zəhərlənərək ölüb
07:47 / 12-06-2025
Prezident: “Latın Amerikasında demokratiya təhlükədədir”
07:42 / 12-06-2025
Astana “Power Central Asia+China” forumuna hazırlaşır
10:50 / 08-06-2025

23:25 / 07-06-2025

18:34 / 08-06-2025

22:58 / 08-06-2025

09:10 / 08-06-2025

10:05 / 08-06-2025

13:07 / 10-06-2025

09:31 / 09-06-2025

08:48 / 09-06-2025

22:32 / 09-06-2025

16:32 / 10-06-2025

21:10 / 09-06-2025

Sabir Rüstəmxanlı: “Ümid özümüzdə və Avropanın sevmədiyi Türk birliyindədir”
Tarix: 15-09-2023 14:37 | Bölmə: Slayd

“Şərqlə Qərbin müqayisəsi, İslam dünyası ilə Xristian dünyası arasındakı açıq və gizli mübahısə və savaşlar yeni hadisə deyil. Səlib müharibəsi də şəklini dəyişmiş halda, çeşidli dəbdəbəli adlar altında bu gün də davam edir. Yaxın Şərqın, Türk-İslam dünyasının qədim mədəniyyət mərkəzlərini, müqəddəs ziyarətgahlarını yer üzündən silmək üçün 300 il davam edən vəhşi xaçlı yürüşlərini başlayan fransız şovelyeləri və krallarının davamçıları - Avropa sivilizasıyasının beşiklərindən olan “demokrat və inkişaf etmiş” müasir Fransanın yeni “kralları” min il sonra yenə müsəlman Azərbaycanın torpaqlarına göz dikən xristian Ermənistana dayaq durub onu silahlandırmaqla məşguldur”.
Reyting.az xəbər verir ki, bunu VHP sədri, millər vəkili, Xalq şairi Sabir Rüstəmxanlı deyib.
S. Rüstəmxanlı əlavə edib ki, bizim bəzi ağlı korlarımız bunu bilə-bilə hələ də “dünyada xristian-müsəlman ayrı-seçkiliyi yoxdur, çiçəklənən Avropanı qoyub geriqalmış İslam dünyasının təəssübünü çəkmək olmaz, onlar bizdən səliqəli yaşayırlar, bizdən varlıdırlar, deməli, bizdən yaxşıdırlar, ətəklərində namaz qılmalıyıq və onlara təzim etməliyik”,- sərsəmləmələri və aldanmışlığı ilə yaşayırlar.
Onun sözlərinə görə, lənət olsun o demokratiyaya, o sivilizasiysya, o inkişafa ki, düşmənimə himayədarlıq edir, ona qoşulub mənim üstümə gəlir:
“Elmi əsası olmasa da, müəyyən həqiqətlərə işıq salan və Avropamərkəzçiliyi riyakarlığına qəzəbdən doğulmuş bir yazını paylaşmağım məni dəhşətli bir mənzərə ilə üzləşdirdi. Elə bil arı yuvasına çöp uzatdın. Başladılar Avropanın və xristian dünyasının üstünlükləri və toxunulmazlığı, İslam dünyasının cəhalət içində boğulması haqqında dərs verməyə. Ay aman! Aramızda nə qədər müsəlman olan müsəlman düşməni, Şərqli ola-ola Şərqdən bixəbər, özünü, dədəsini sevməyən nihilist, manqurt, nankor, potensial satqın varmış!
Cənablar! Mən Şərqi də, Qərbi də yaxşı dərk edirəm, kor-koranə İslam təəssübkeşliyi etmirəm, İslamı 1400 il bundan öncənin cəhalətinə çəkən din bayquşlarına münasibətimi İranın Ali rəhbəri Seyid Əli Xameneyiyə açıq məktubumda geniş yazmışam, xürafatçılığa, təriqətçiliyə qarşıyam, “siyasi dindarların” ölüm fitvasına tuş gəlmişəm, Cümhuriyyətimizi quranların ölkəmiz üçün çağdaş Qərb demokratiya modelini seçdiklərini də bilirəm, lakin mən Qərbin aşiqi deyiləm.
Düzdür, mən Əli bəy Hüseynzadənın, Əhməd bəy Ağaoğlunun, Məhəmməd Əmin Rəsulzadənin davamçısıyam, lakin onlar da panslavizmin, pankatolizmin Avropanın gizli siması və siyasəti olduğunu yaxşı bilirdilər və buna qarşıydılar.
Mən müsəlmanın geriliyini görürəm, İslama ehkam kimi baxmıram, lakin ona həqarətli münasibəti, onun terrorçu adlandırılmasını, dini kitablarının yandırılmasını qəbul etmirəm. İslamın İrandakı və bəzi ərəb ölkələrindəki eybəcər sifətini görmək, Türkiyə televiziyalarında cinlər dünyasından və cənnətın hurilərindən söz açan din dəllallarını dinləmək məni də utandırır.
Lakin bənzər eybəcərliklər xristian dünyasında da var. Dinlərin mənbəyi, mahiyyəti, insanlığa verdiyi xeyir və zərər haqqında da çox düşünürəm.
İslam pisdir, bəyənmirsiniz, ola biilər, insan azaddır, elə isə pərdəli, haça-paça niyə yaşayırsınız, xristianlığı qəbul edin, dayanın xoşbəxt qardaşlarınızın yanında. Əfqanıstanı, İraqı, Suriyanı, Liviyanı xaraba qoyub keçən, İraqda qədim Şumer-Mesapatomiya sivilizasiyanın yüz mindən çox gil lövhəsini məhv edən, daşıyıb aparan, müxtəlif məzlum xalqlara qarşı soyqırımlar törədən Qərb sizin idealınız ola bilər, mənim idealım deyil”.
Rüstəmxanlı qeyd edib ki, inkişafın yolu özünüinkarda deyil, öz torpağını, millətini, xalqının dəyərlərini sevə-sevə onun yüksəlişinə yardım etməkdir:
“Yadlara dəsmal çəkə-çəkə özünü böyüdə bilməzsən. Dünən Rusiya, bu gün Avropa. Qapılar açıqdır. Lakin o qapılarda nökər olmaq lazım deyil, ordan keçib yüksəlmək lazımdır. Avropa insanının inkişafı üçün çox iş görüb, düzdür, amma təəssüf ki, o böyük kəşflərin bir çoxu bu gün insanlığın fəlakətinə də yol açır. Şərq müdrikliyi və səbri ilə Qərb rasionallığı və işğal ehtiraslarını tərəziyə qoyub çəkən və dünyanın gələcəyi baxımından hansının ağır basdığını hələ müəyyənləşdirən olmayıb.
Mənim balaca vətənimə müsəlman-fars şovinizmi ilə sivil, demokrat, lakin hər şeyə ikili standartlarla yanaşan xristian Qərbin münasibəti arasında fərq görmürəm. Ümid özümüzdə və Avropanın sevmədiyi Türk birliyindədir.
İnsanlığın tarixi qalxmaların və enmələrin tarixidir. Bu gün xristian dünyası, Avropa irəlidədir, düzdür. Ancaq sosial media bu inkişafın müəllimləri haqqında da maraqlı bilgilər verir:
“Səlib yürüşü Avropaya Şərqdən bir çox yeniliklər gətirdi. İnsanlar gigiyenaya riayət etməyə, müntəzəm surətdə çimməyə, şəkərdən istifadə etməyə, ipək paltarlar geyməyə, ipək xalılardan istifadəyə, çini qablar, şüşə məmulatları, müxtəlif ədviyyatlar işlətməyə başladılar. Xaçlı səfərləri memarlığı da əhəmiyyətli surətdə dəyişdirdi. Qəsrlərdə gizli yollar, müdafiə qüllələri və başqa yeniliklər Avropada yayılmağa başladı. Adı çəkilən dövrdə Qərbin daxilində də xeyli yeniliklər oldu. Bank sistemi inkişaf etdi, ədəbiyyat yeni mərhələyə trubadurlar sayəsində qədəm qoydu, habelə qeyd etmək lazımdır ki, sonradan Renesans adını alacaq güclü ədəbi hərəkatın məhz həmin dövrdə ilk işartıları görünməyə başlamışdı. İctimai həyatda da mühüm dəyişikliklər yaşandı. Şəhərlər müstəqillik qazandı, feodal əsarətinə qarşı etiraz səsləri ucalmağa başlamışdı.
Son olaraq onu demək olar ki, Səlib yürüşləri Avropa üçün mühüm ictimai-siyasi həm də mədəni hadisə oldu. Bu, Qərbin yeni ticarət yolları axtarmaqda cəhdlərindən biri idi. Daha sonra onlar bu məqsəd naminə dəniz yollarını inkişaf etdirəcək və başqa qitələrə də gedəcəkdilər. Əgər belə demək mümkündürsə, Xaçlı yürüşləri Qərbin daha sonrakı əsrlərdə aparacağı kolonial müharibələrdən ilki idi. İlk cəhd uğurlu alınmadı, lakin bu proses davam etdirildi”.
E. KAMAL
Bölməyə aid digər xəbərlər

Bu gün, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
Bu gün, 13:07
İranı vurmağa hazırlaşırlar
Dünən, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
Dünən, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
Dünən, 12:12
Dron müharibəsinin dərsləri
Dünən, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb
3-06-2025, 11:57
Şəhidimiz Suraxanıda dəfn olunub - (Yenilənib) - Foto
3-06-2025, 10:34
Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir
3-06-2025, 09:58
Türkiyədə güclü zəlzələ olub - Ölən və xəsarət alanlar var
3-06-2025, 08:26
Yerin maqnit qasırğası artıb
2-06-2025, 14:02
50 minlik qoşun hücumdadır, Ukrayna Sumını itirə bilər - (Yenilənib)
2-06-2025, 11:00
Paşinyan kilsəyə niyə müharibə elan edib?
2-06-2025, 08:58
Azərbaycan ərazisində zəlzələ olub
1-06-2025, 20:08
Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
31-05-2025, 16:52
Laçına növbəti köç karvanı gedib - (Yenilənib)
30-05-2025, 18:30
Asim Mollazadə: Azərbaycan və müttəfiqləri qitələrarası sistem yaradır
30-05-2025, 14:10
Azərbaycan-Türkiyə-Pakistan ittifaqı qlobal xarakter daşıyır - Ekspert
30-05-2025, 13:00
Azərbaycan və Çin arasında viza ləğvi barədə saziş təsdiqlənib
30-05-2025, 12:44
Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - Sərəncam
30-05-2025, 11:35
Paşinyan “2018-in uğuru”nu xərcləyir - Yeni seçkilər “Vətəndaş müqaviləsi”nə nə vəd edir?
30-05-2025, 09:44
Xoş günlər zamanın sürətinə təsir edir?
30-05-2025, 07:59
COVID-in yeni ştammı daha təhlükəlidir
30-05-2025, 07:51
İki gün sonra sülh danışıqları olacaq