47 milyon insan aclıqla üzləşib
Tarix: 15-09-2023 15:55 | Bölmə: Slayd
47 milyon insan aclıqla üzləşib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Sindi Makkeyn BMT Təhlükəsizlik Şurasının sessiyasında qlobal ərzaq böhranından danışıb.

Reyting.az
-ın xarici mətbuata istinadla verdiyi məlumata görə, S. Makkeyn deyib ki, müharibə, iqtisadi qarışıqlıq, sürətlənən iqlim dəyişikliyi və ətraf mühitin deqradasiyası hər il milyonlarla insanı yoxsulluğa və ümidsizliyə sürükləyir:

"Dünya əhalisinin təxminən 1/10 hissəsinin - təxminən 783 milyon nəfərin qidaya çıxış problemi var. ÜƏP-in hesablamalarına görə, 50-dən çox ölkədə təxminən 47 milyon insan aclıqla üzləşib. Təxmin edilir ki, 5 yaşa qədər 45 milyon uşaq kəskin qida çatışmazlığından əziyyət çəkir”.

Makkeyn, ÜƏP-nin resursların azalması səbəbindən milyonlarla insana verilən ərzaq yardımını kəsməli olduqlarını da sözlərinə əlavə edib:

"İndi humanitar yardıma ehtiyac daha böyükdür, lakin büdcə azaldığından biz bunu edə bilmirik"

E. ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər