Ərdoğandan təklif: “Əliyev, Paşinyan, Putin və mən birgə müzakirə aparaq”
Tarix: 16-09-2023 16:14 | Bölmə: Slayd
Ərdoğandan təklif: “Əliyev, Paşinyan, Putin və mən birgə müzakirə aparaq”

Türkiyə prezidenti Ərdoğan ABŞ səfəri öncəsi Avropa Parlamentinin qalmaqallı hesabatına reaksiya verib.

Reyting.az
-ın xəbərinə görə, Türkiyə lideri Avropa Birliyi (AB) ilə yolların ayrıla biləcəyinə işarə edib.

“Biz tezliklə Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasının müzakirələrində iştirak etmək üçün Nyu-Yorka gedəcəyik. BMT-nin bütün üzv ölkələrinin təmsil olunduğu Baş Assambleyanın müzakirələrində 150-dən çox ölkənin iştirakı gözlənilir. Hər il olduğu kimi bu il də ABŞ-da son dərəcə sıx təmas və görüş qrafikimiz olacaq”, - Ərdoğan deyib.

Türkiyə prezidenti bildirib ki, sentyabrın 19-da, ümumi assambleyanın müzakirələrinin birinci günü Baş Assambleyada çıxış edəcək: “Beynəlxalq gündəmdəki əsas məsələlərlə bağlı fikirlərimizi bölüşəcəyik. Biz Türkiyənin cari qlobal çağırışlar qarşısında oynadığı kritik rolu vurğulayacağıq. Baş Assambleya çərçivəsində bir çox ölkələrdən olan həmkarlarımla görüşəcəm. Səfərimiz zamanı ABŞ-da yaşayan vətəndaşlarımız və icmalarımızla bir araya gələcəyik. Beyin mərkəzlərinin nümayəndələri ilə də məsləhətləşmələrimiz olacaq. Biz ABŞ-ın işgüzar dairələrinin hörmətli üzvləri ilə görüşəcək və Türkiyəyə investisiyaların artırılması ilə bağlı məsələləri müzakirə edəcəyik. Ölkəmizdə 14-28 may seçkilərinin demokratik yetkinliklə keçirilməsinin biznes mühitinə müsbət təsir etdiyini görürük. Bu günə olan məlumata görə, Mərkəzi Bankımızın ümumi ehtiyatları 120 milyard dolları ötüb. Türkiyənin bölgədə sülh və sabitliyin bərqərar olması istiqamətində göstərdiyi səylər təqdir edilir. Türkiyə Əsri vizyonumuzu həyata keçirmək üçün həm ölkə daxilində, həm də xaricdə hər cür səy göstəririk. Qlobal sistemdə parçaların yerindən çıxdığı bu dövrü fürsətə çevirməkdə qərarlıyıq”.

Ərdoğan Qarabağ məsələsindən da danışıb: “Təbii ki, üçtərəfli görüş təklifimizi onlara çatdırdıq ki, bu da bizim prioritetimizdir. Amma bu məsələdə biz 3 tərəfli deyil, 4 tərəfli görüş təklif etdik. Yəni bu yerlərə heç bir aidiyyatı olmayan liderlə yox, hazırda məsələyə qarışan liderin iştirakı ilə görüş. Cənab Putinlə, cənab Əliyevlə, mənimlə, Paşinyanla -dörd nəfərlik qrup şəklində belə bir görüşü keçirək. Mən bunu təklif etmişəm. Hələlik heç bir müsbət və ya mənfi rəy almamışıq. Məsələ ilə bağlı cənab Əliyevlə də görüşəcəyik və prosesləri yaxından izləyəcəyik”.

Y. QACAR





Bölməyə aid digər xəbərlər