18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

Azərbaycan-Ermənistan böhranı Moskvanı təhdid edir - Rus nəşri
Tarix: 29-09-2023 12:58 | Bölmə: Slayd

Sentyabrın 20-də Canyataq (Qarabağ) kəndi yaxınlığında Rusiya sülhməramlıları silahlı cinayətin qurbanına çevriliblər. Rusiya Federasiyası Müdafiə Nazirliyinin və Rusiya sülhməramlı kontingentinin (RSK) nişanları olan “UAZ-Patriot” markalı avtomobil müşahidə məntəqəsindən qayıdarkən Azərbaycanın nəzarət-buraxılış məntəqəsindən atəşə tutulub. Nəticədə beş RSK əsgəri və zabiti həlak olub (ölənlər arasında 1-ci dərəcəli kapitan İvan Kovqan və polkovnik Taqir-Murod Qarayev də var idi). Rəsmi Bakı buna görə Moskvadan üzr istəyib.
Reyting.az xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.
Rus nəşri daha sonra yazır:
Azərbaycan hərbçilərinin sülhməramlılarımızı atəşə tutması birinci dəfə deyil. 2020-ci il noyabrın 9-da Ermənistanın sərhəd kəndi Yerasx (Arazdəyən-red.) yaxınlığında Rusiyaya məxsus “Mi-24” helikopteri zenit raketi ilə vurulub. Bakı buna baxacağını və təqsirkarların cəzalandırılacağını vəd etdi, lakin ictimaiyyət helikopterin, iki ekipaj üzvünün ölümü və üçüncünün yaralanmasına görə dəqiq kimin məsuliyyət daşıdığını heç vaxt öyrənə bilmədi.
“UAZ”-ın atəşə tutulmasından sonra mediada 1-ci Ordu Korpusunun bir neçə zabitinin komandanlığından çıxarılması ilə bağlı məlumatlar yayıldı.
Kremlin Bakıya münasibətdə davranış xəttini sərtləşdirməsi ilə bağlı çağırışlar səslənir, amma əslində, bu, münaqişə tərəflərindən birini dəstəkləmək lehinə neytral mövqedən əl çəkməyə bərabərdir.
Hadisələrin bu cür inkişafı Moskva üçün qəbuledilməzdir, lakin İrəvandakı bəzi siyasi qüvvələr üçün arzuolunandır. Onlar qorxurlar ki, Qarabağın itirilməsi Ermənistanın ərazisinin kiçilməsi yolunda başlanğıc nöqtəsi ola bilər və ölkənin buna qarşı durmaq üçün kifayət qədər gücü yoxdur. Əslində, buna görə də onlar Moskvadan “hazırda” verə biləcəyindən daha çox şey gözləyirlər. Məyusluq Ermənistanın güc strukturlarında bəzilərini əvəzləyici axtarmağa sövq edir, onlar bunun üçün Vaşinqton və Parisə, yaxud Dehli və Tehrana üz tuturlar.
Bu fonda sentyabrın 11-20-də Ermənistan və Amerika hərbçiləri arasında “Qartal tərəfdaş-2023” birgə təlimləri keçirilib. Bunlar həm Moskva, həm də Bakı tərəfindən təxribat, hətta bir növ çağırış kimi qəbul edildi. Amerika hərbçilərini öz ərazisində yerləşdirməklə İrəvan möhlət almağa ümid etmiş ola bilərdi, nəzərə alsaq ki, Pentaqonun nümayəndələri Ermənistan torpaqlarında olarkən Azərbaycan komandanlığı hücuma cəsarət etməyəcək. Əgər belədirsə, onda belə hesablamaların səhv olduğu üzə çıxıb: Qarabağda hərbi əməliyyatlar hələ erməni-amerikan manevrləri başa çatmamış başlayıb. Bundan başqa, Azərbaycan tərəfinin bəyanatlarına görə, elə ilk gün onun döyüşçüləri düşmənin müdafiə xəttini yarıb və bu, faktiki olaraq Qarabağdakı erməni qüvvələrini təslim olmağa məcbur edib.
Moskvaya gəlincə, indi onun İrəvanla münasibətlərdəki böhrandan çıxması son dərəcə vacibdir ki, Vaşinqton və Paris bundan öz maraqları naminə yararlanmasın. “Qərb xeyirxahlarının” təkliflərinin illüziya xarakterini göstərən mənalı dialoq olmadan etmək mümkün deyil. Rusiya üçün aktiv addımlar atmadan mövcud vəziyyəti qəbul etmək onun təkcə Ermənistanda deyil, ümumilikdə Qafqazda mövcudluğunu məhdudlaşdırmaq demək olacaq. Məhz bu, kollektiv Qərbin ehtiyac duyduğu ssenaridir, onların bəzi liderləri Rusiyanın zəifləmiş, daha da yaxşısı, məğlub olduğunu görmək istəklərini bildirirlər. Bu, regionda sülhün bərqərar olmasına əlavə çətinliklər gətirir.
Qarabağ problemi onilliklərdir ki, mövcuddur, lakin münaqişə tərəfləri mövcud ziddiyyətləri həll etmək üçün bir vasitə kimi hərbi gücə arxalanaraq heç bir güzəştə getmək istəyi nümayiş etdirmirlər. Vaxt keçdikcə xarici oyunçular münaqişəyə müdaxilə etdilər, onların səyləri münaqişəni vaxtaşırı dondurmağa imkan verdi, lakin onun həllinə töhfə vermədi. Hazırda Rusiya, ABŞ, Avropa İttifaqı, Türkiyə və İranın Cənubi Qafqaz regionunda onsuz da çətin olan vəziyyəti daha da gərginləşdirən Transqafqaz geosiyasi nizamlanma üçün vahid formul yoxdur.
Mövcud vəziyyətin paradoksu ondan ibarətdir ki, Ermənistan və Azərbaycan, eləcə də onların Rusiya, ABŞ, Fransa və Avropa İttifaqının digər üzvləri arasında fəal hərbi-diplomatik təmaslarına baxmayaraq, Qarabağ ətrafında gərginlik durmadan artır. Rusiya Ukraynada “xüsusi hərbi əməliyyat”a başlamazdan əvvəl Qərb ölkələri (ilk növbədə ABŞ və Fransa) Moskvanın Türkiyə ilə münasibətlərini çətinləşdirmək istəyirdi. Onlar Ankaranın Qafqaz regionunda çox güclənməsnin əleyhinə idi, buna görə də Rusiya ilə əməkdaşlığa üstünlük verirdilər.
Lakin 2022-ci ildə vəziyyət kökündən dəyişdi: kollektiv Qərb nəhayət ki, Rusiyanı Transqafqazda tərəfdaş kimi görməkdən əl çəkdi. İndi o, Kremlin fəaliyyətini aşağıdakı sahələrdə gözdən salmağa çalışır: sülhməramlı kimi, Ermənistanın müttəfiqi kimi, Azərbaycanın tərəfdaşı kimi.
Təəssüf ki, bu işi asanlaşdıran odur ki, Moskva Ukraynaya ciddi səylər cəmləyərək Qafqazı ikinci planda saxlayıb.
Bölgədəki vəziyyəti qiymətləndirərkən orada yaranmış qüvvələr balansını anlamaq lazımdır. Rusiya Ermənistanın vəziyyətinə təkbaşına deyil, Qərblə qlobal qarşıdurma kontekstində baxır. Yəni onun üçün ilk növbədə Ermənistanın Gürcüstanın yolu ilə getməməsi, düşmən düşərgəsinin üzvü olmaması vacibdir. Bu baş verərsə, o zaman Cənubi Qafqaz ABŞ və müttəfiqlərinin tamamilə özləri üçün formatlaşdıracaqları homogen məkana çevriləcək. Ancaq görünən odur ki, ABŞ və müttəfiqləri Ermənistana Rusiyanın indi verdiyindən artıq pul vermək fikrində deyillər. Nə amerikalılar, nə də avropalılar "DQR"i tanımayıb. ABŞ, Fransa və Avropa İttifaqı Qarabağa sülhməramlı qüvvələr göndərməyə hazır olduqlarını bildirməyiblər.
Y. QACAR
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:20
Su problemi milyardlarla insanı risk altında qoyur
Bu gün, 11:35
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
Dünən, 22:16
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
Dünən, 17:54
Prezident Dövlət Proqramını təsdiqləyib
Dünən, 13:54
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
16-09-2025, 16:07
Deputat: Şərtimizi yerinə yetirsinlər, sülh sazişinə hazırlaşaq
16-09-2025, 11:57
Yeni qadağa Rusiya-NATO müharibəsinə səbəb ola bilər
16-09-2025, 11:42
İlin ikinci Günəş tutulması baş verəcək
16-09-2025, 09:07
Okeanlarda 14 min ton qızıl var
15-09-2025, 15:11
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15-09-2025, 13:02
Qarabağda ermənilərin gizli silah anbarları var
15-09-2025, 09:39
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - Fotolar
14-09-2025, 18:40
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
14-09-2025, 17:39
İlham Əliyev Xankəndidə açılışlarda iştirak edib - Fotolar
14-09-2025, 15:37
İlham Əliyev Xocavəndin Qırmızı Bazar qəsəbəsində olub - Fotolar
14-09-2025, 14:57
Azərbaycan prezidenti Xocavəndin Sos kəndinə səfər edib - Fotolar
14-09-2025, 13:50
İlham Əliyev Hadrut qəsəbəsində olub - (Yenilənib) - Fotolar
14-09-2025, 13:17
Prezident Füzulidə - Qaraxanbəyli kəndinin təməli qoyulub - Fotolar
14-09-2025, 11:49
Qar və leysan yağır, çaylardan sel keçir
13-09-2025, 18:41
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
12-09-2025, 10:50
Zülfüqarov: Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər
12-09-2025, 09:10
Güclü maqnit qasırğaları gözlənilir
12-09-2025, 00:10
Zelenski liderləri üçtərəfli sammitə çağırır
11-09-2025, 14:21
Hərbi ekspert: Polşa, Avropa və NATO müharibəyə hazır deyil
11-09-2025, 13:31
Professor: Hər iki ölkədə sülhə qarşı çıxanlar var
11-09-2025, 11:55
Su qıtlığının qarşısını almaq mümkün deyil
11-09-2025, 10:51
Beş dövlət BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
11-09-2025, 10:33
Sabah daha 4 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
11-09-2025, 10:28
Putin Avropanı vurmağa davam edəcək
11-09-2025, 10:02
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
11-09-2025, 09:46
Marsda həyat izləri aşkar ediblər
11-09-2025, 06:10
Qarabağa növbəti köç karvanları gedib - (Yenilənib)
10-09-2025, 14:28
Zülfüqarov: Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq
10-09-2025, 12:48
Zənginlərin ümumi sərvəti 6,6 trilyon dolları keçir - Siyahı
10-09-2025, 10:54
Tramp Avropanı Rusiyaya sanksiyalar tətbiq etməyə çağırır
10-09-2025, 10:19
Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır
10-09-2025, 09:31
Güclü küləklə bağlı təhlükə xəbərdarlığı edilib
10-09-2025, 09:22
Hikmət Hacıyev ABŞ-da senatorlarla görüşüb - Fotolar
9-09-2025, 11:33
Sualtı silahlanma yarışı sürətlənir
9-09-2025, 09:10
Etibar Məmmədov aktiv siyasətə qayıda bilər