“ASAN xidmət”in prinsip və standartları digər qurumlarda da tətbiq ediləcək
Tarix: 02-05-2016 17:50 | Bölmə: Slayd


"ASAN xidmət” mərkəzlərinin şəffaflıq standartları dövlət orqanlarında tətbiq ediləcək.

Reyting.az APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin 27 aprel 2016-cı il sərəncamı ilə təsdiq edilən "Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.

Milli Fəaliyyət Planına əsasən, mərkəzi və yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2016-2018-ci illərdə "ASAN xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının dövlət orqanlarında tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.





Bölməyə aid digər xəbərlər