Dövlət Departamenti: Birləşmiş Ştatlar Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq
Tarix: 06-05-2016 14:36 | Bölmə: Slayd

 

 

"Birləşmiş Ştatlar və dünya ictimaiyyəti Dağlıq Qarabağı tanımayacaq”.

Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner Ermənistan parlamentinin Dağlıq Qarabağın müstəqilliyini tanımaq təşəbbüsünə dair suala cavab verərkən deyib.

Toner bəyan edib ki, Dağlıq Qarabağın statusu yalnız bütün tərəflərin razılığına əsaslanan tənzimləmə nəticəsində müəyyən edilə bilər.

"Amerikanın səsi” radiosunun rusca bölməsi məlumat verir ki, ABŞ rəsmisi tərəfləri sülh danışıqlarını bərpa etməyə, münaqişəni dinc yolla həll etmək üçün iradə göstərməyə çağırıb.

Reyting.az

 

 

 






Bölməyə aid digər xəbərlər