Tramp 454 milyon dollar cərimə ödəyəcək - Fırıldaqçılığa görə
Tarix: 24-02-2024 10:41 | Bölmə: Slayd
Tramp 454 milyon dollar cərimə ödəyəcək - Fırıldaqçılığa görə

Nyu-York məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampın fırıldaqçılıq kimi tanınan iş üzrə faizlər də daxil olmaqla, 454 milyon dollar cərimə ödəməsinə qərar verib.

Reyting.az
bildirir ki, bu barədə CNN məlumat yayıb.

Hakim qərar verib ki, Trampın biznes imperiyası olan “Trump Organization” əmlaklarının dəyərini şişirdib və bununla da daha sərfəli bank kreditləri əldə edib. Nyu-York Ştat Prokurorluğu Trampı fırıldaqçılıq, saxtakarlıq və yalan maliyyə hesabatları hazırlamaq da daxil olmaqla, yeddi məsələdə ittiham edib.

Trampın yetkin oğullarının hər birinə fırıldaqçılıq yolu ilə qanunsuz qazandıqları 4 milyon dolları geri qaytarmaq əmri verilib. Qərar həm də Tramp ailəsinin bir neçə il Nyu-Yorkda məsul vəzifələrdə işləməsini qadağan edir.

Qeyd olunur ki, Tramp məhkəmə qərarından şikayət etməyi planlaşdırır. O, əvvəlcə məhkəmənin icraatının dayandırılmasını istəyib, lakin hakim vəsatəti rədd edib.

Xatırladaq ki, bu qərar Nyu-York ştatının baş prokurorunun 2022-ci ilin sentyabrında eks-prezidentə qarşı qaldırdığı mülki iddiaya baxılmasının nəticəsidir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər