Keçmiş vəzifəli şəxslərin işi məhkəmə icraatındadır
Tarix: 18-03-2024 19:44 | Bölmə: Cəmiyyət
Keçmiş vəzifəli şəxslərin işi məhkəmə icraatındadır

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Əliyev Rafael Rza oğlu və Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Əsgərov Mənsur Turan oğlunun barəsində ibtidai araşdırma yekunlaşıb və cinayət işi Muxtar Respublikanın Ağır Cinayətlər Məhkəməsində məhkəmə icraatındadır.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, qeyd olunan şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda vəsaitlərin mənimsənilməsi) maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirililir.

Qeyd edək ki, Rafael Əliyev və Mənsur Əsgərov 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən araşdırma tədbirləri nəticəsində cinayət məsuliyyətinə cəlb ediliblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}