18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Laçın şəhəri və Zabux kəndinə daha 79 nəfər köçürülüb - (Yenilənib)
Tarix: 30-03-2024 15:16 | Bölmə: Slayd
Laçın şəhəri və Zabux kəndinə daha 79 nəfər köçürülüb - (Yenilənib)

Bu gün Laçın şəhəri və Zabux kəndinə növbəti köç olub.

Reyting.az
xəbər verir ki, bu dəfə Laçına 21 ailədən ibarət 68 nəfər, Zabux kəndinə isə 4 ailədən ibarət 11 nəfər köçürülüb.

Xatırladaq ki, indiyə qədər Laçın şəhərinə 472 ailədən ibarət 1773 nəfər, Zabuxa isə 2015 ailədən ibarət olan 819 nəfər dönüb.

***

Bu gün Bakıdan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb.

Reyting.az
xəbər verir ki, doğma yurduna qayıdan sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 68 nəfər, Zabux kəndinə isə 4 ailə - 11 nəfər köçürülür. Bununla ümumilikdə Laçın şəhərinə 472 ailə (1773 nəfər) köçürülüb. Zabux kəndinə köçürülənlərin sayı isə 819 nəfərə çatıb (215 ailə).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}