Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanılıb
Tarix: 16-05-2024 12:10 | Bölmə: Cəmiyyət
Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanılıb

“Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 10 nəfər (6-sı azyaşlı olmaqla) Azərbaycan vətəndaşı Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.




Bölməyə aid digər xəbərlər
5-06-2025, 12:34 Sabah yağış yağacaq
4-06-2025, 12:30 Sabah yağış yağacaq
3-06-2025, 15:36 Xankəndiyə dolu düşüb