20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Vəzifədən azad olunan sabiq idarə rəisindən xəbər var - (Yenilənib)
Tarix: 16-05-2024 15:46 | Bölmə: Cəmiyyət
Vəzifədən azad olunan sabiq idarə rəisindən xəbər var - (Yenilənib)

Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi vəzifəsindən azad edilən Aynur Sabitova fəaliyyətini Azərbaycan Dillər Universitetində davam etdirir.

Reyting.az
Pravda.az-a istinadən xəbər verir ki, o, universitetin Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri vəzifəsini icra edir.

Kafedrada 41 əməkdaş olmaqla 3 professor, 12 dosent, 4 f.e.d., 17 f.f.d., 3 baş müəllim, 16 müəllim və 2 laborant fəaliyyət göstərir.

Qeyd edək ki, A.Sabitova 2018-ci ildən Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi vəzifəsində çalışırdı. Dünən onun vəzifədən azad olunması ahqda xəbər yaylıb.

***

Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi vızifəsindən azad olunan Aynur Sabitova açıqlama yayıb.

Reyting.az
 xəbər verir ki, o, öz ərizəsi ilə nazirlikdən ayrıldığını yazıb:

“Əziz və dəyərli həmkarlar, dostlar!

Dünəndən sosial şəbəkələrdə və mediada ünvanıma xoş sözlər, arzular səslənir.

Sizlərə dərin təşəkkürümü bildirirəm!

Mən həqiqətən bu günlərdə Ədliyyə nazirliyindəki vəzifəmdən öz arzumla ayrılmışam.

Mənim üçün çox doğma olan Ədliyyə nazirliyinə fəaliyyətində davamlı uğurlar arzu edirəm.

Məlumat üçün deyim ki, mən yeni vəzifəyə təyinat almamışam, Azərbaycan Dillər Universitetində 1997-ci ildən elmi-pedaqoji fəaliyyətlə məşğulam və fasiləsiz olaraq bu gün də bu sahədə fəaliyyətimi davam etdirirəm”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər