Müəllimlərin işə qəbulu müsabiqəsinə hazırlıq başlayır
Tarix: 15-05-2024 10:58 | Bölmə: Cəmiyyət
Müəllimlərin işə qəbulu müsabiqəsinə hazırlıq başlayır

15 may saat 11:00-dan 2024–2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.

Reyting.az
xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildiriblər.

Məlumata görə, müsabiqə üzrə qeydiyyat prosesi 22 may saat 11:00-dək davam edəcək.

Müsabiqədə iştirak üçün namizədlər “Digital Login” əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edin: My Webpage





Bölməyə aid digər xəbərlər