Bakıda qadın əri və oğlu tərəfindən döyülüb
Tarix: 17-05-2024 10:47 | Bölmə: Cəmiyyət
Bakıda qadın əri və oğlu tərəfindən döyülüb

Bakının Nizami rayonu ərazisində bir qadını əri və oğlu zorla avtomobilə mindirərək döyüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla qısa müddətdə həmin qadının şəxsiyyəti müəyyən edilib, onun əri və oğlu tərəfindən döyülərək xəsarət yetirilməsi məlum olub.

Keçirilmiş tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.




Bölməyə aid digər xəbərlər