ABŞ gözəgörünməz təyyarə istehsal edəcək
Tarix: 17-05-2024 07:02 | Bölmə: Cəmiyyət
ABŞ gözəgörünməz təyyarə istehsal edəcək

Amerika Birləşmiş Ştatlarının "Lockheed Martin" hərbi-sənaye korporasiyasının ən böyük bölmələrindən biri "Skunk Works" yaxın gələcəkdə istehsal ediləcək gizli və yaxud gözəgörünməz adlandırılan tanker təyyarəsinin şəklini nümayiş etdirib.

Reyting.az
xəbər verir ki, bu barədə "Texkult" məlumat yayıb.

Hərbi-sənaye kompleksinin əməkdaşları bildiriblər ki, yaxın gələcək üçün nəzərdə tutulan yeni model tanker tipli müasir təyyarə aşağı görünmə prinsipi əsasında qurulub. Tanker təyyarə həm də səmada yanacaqdoldurma proqramı və "Next Generation Air-fueling System", yaxud da "NGAS" təhlükəsiz uçuş sistemi üçün nəzərdə tutulub.

Mütəxəssislər yeni model təyyarəni "Skunk Works" adlandırırlar.

Pentaqonun iştirakı ilə, "NGAS" proqramı çərçivəsində istehsalının hazırlığına artıq start verilən gözəgörünməz təyyarə 2030-2040-cı illərdə Amerikanın Hərbi Hava Qüvvələrinin hazırkı "Boeing KC-46" və "KC-135" tanker təyyarələrini əvəz edəcək.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər