Azərbaycanda insan alveri qurbanları ən çox hansı bölgələrdə olub? - Siyahı
Tarix: 17-05-2024 10:02 | Bölmə: Cəmiyyət
Azərbaycanda insan alveri qurbanları ən çox hansı bölgələrdə olub?

Ötən il Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub. Bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb.

Bildirilib ki, həmin cinayətlərə məruz qalanların 24-ü Bakı, 11-i Gəncə və 5-i Sumqayıt şəhərləri, 6-sı Tovuz, 3-ü Sabirabad, 3-ü Ağdam və digər rayonların payına düşür.

Sənəd parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə edilir.

Qeyd edək ki, Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimovdur.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:42 Sabah yağış yağacaq
16-10-2024, 15:56 Kür çayında su artıb
15-10-2024, 12:56 Sabah yağış yağacaq
14-10-2024, 13:03 Sabah leysan yağacaq
11-10-2024, 12:49 Sabah yağış yağacaq

{sape_links}{sape_article}