12:54 / 24-05-2024
MEDİA müsabiqə elan edib
12:26 / 24-05-2024
Sabah yağış yağacaq
Rusiyanın Xarkova hücumu... - Döyüşlər səngiyib, digər taktika işə düşüb
Tarix: 15-05-2024 08:47 | Bölmə: Slayd
Rusiyanın Xarkova hücumu... - Döyüşlər səngiyib, digər taktika işə düşüb

Son 24 saat ərzində Rusiyanın Xarkov vilayətinin şimalında hücumunun tempi zəifləyib.

Reyting.az
-ın xarici KİV-lərə istinadla verdiyi məlumata görə, Ukraynanın bir neçə hərbi rəsmisi bildirib ki, onlar Xarkov vilayətində vəziyyətin yavaş-yavaş sabitləşdiyinə inanırlar.

Ukrayna Baş Qərargahı isə Rusiyanın hücum qruplarına zərbələr endirərək Volçanski “təmizləməyə” başladığını bildirib.

Eyni zamanda, bir sıra Rusiya və Ukrayna mənbələri rusların bu istiqamətdə yeni taktikalardan istifadə etdiyini deyirlər - beş nəfərə qədər kiçik hücum qrupları Ukraynanın mövqelərinə nüfuz edir, sonra isə digər kiçik hücum qrupları ilə birləşərək daha böyük zərbə qüvvəsinə çevrilirlər. Volçanskda pilotsuz təyyarə də rusların məhz bu üsuldan istifadə etdiyini lentə alıb.

Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri isə hesab edirlər ki, kiçik hücum qruplarının taktikası Rusiyanın canlı qüvvə və texnika itkilərini artıra və bu istiqamətdə rusların hücumunun ümumi sürətini ləngidə bilər. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Anatoli Bargileviç rusların təkcə son 24 saat ərzində bu istiqamətdə 1740-a qədər əsgər itirdiyini iddia edir.

ISW-nin məlumatına görə, Rusiyanın keçirdiyi əməliyyatların tempi nisbətən zəifləsə də, çox güman ki, onlar yeni mövqelərin möhkəmləndirilməsinə və Xarkov vilayətində Liptsi və Volçanskda qüvvələri birləşdirərək və sərhəd bölgəsində “bufer zona” yaratmağa çalışacaqlar.

Onu da qeyd edək ki, Rusiyanın Xarkov vilayətinin şimalında gedən döyüşlərə beş batalyona qədər şəxsi heyət cəlb etdiyi bildirilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
21-05-2024, 11:26 Rəisinin varisi kimdir?

{sape_links}{sape_article}