Rus qoşunları Zaporojyedə irəliləyir - Bir neçə yaşayış məntəqəsi ələ keçirilib
Tarix: 15-05-2024 14:36 | Bölmə: Siyasət
Rus qoşunları Zaporojyedə irəliləyir - Bir neçə yaşayış məntəqəsi ələ keçirilib

Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye vilayətinin Rabotino kəndini tam nəzarətə götürüb. Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildiriblər.

Reyting.az
Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Rabotino kəndi Dnepr qoşun qruplaşmasının bölmələri tərəfindən tutulub.

Bundan əlavə, Zaporojye vilayətinin Malaya Tokmaçka, Dnepropetrovsk vilayətinin Nikopol və Xerson vilayətinin Zolotaya Balka bölgələrində Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinə zərbələr endirilib.

Xatırladaq ki, hələ may ayının əvvəllərində Rusiya hərbçilərinin Rabotino kəndi üzərində Rusiya bayrağını qaldırdığı barədə məlumat yayılmışdı. Amma yaşayış məntəqəsində hələ də kiçik müqavimət dəstələrinin olduğu və atışmaların davam etdiyi bildirilirdi. Sonradan kəndin boz zonaya çevrilməsi ilə bağlı məlumatlar yayılmışdı.

Onu da qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətinin Qlubokoe və Lukyants yaşayış məntəqələrinin də tam nəzarətə götürüldüyünü açıqlayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}