17:55 / 24-10-2024
İranda zəlzələ baş verib
12:55 / 24-10-2024
Sabah yağış yağacaq
Rusiyalı deputat: Alla Puqaçova xarici agent elan edilsin!
Tarix: 09-07-2024 23:26 | Bölmə: Slayd
Rusiyalı deputat: Alla Puqaçova xarici agent elan edilsin!

Məşhur müğənni Alla Puqaçova Kiyevdə uşaq xəstəxanasına düşmüş raketlə bağlı məlumat dərc etdikdən sonra onun xarici agent kimi tanınması təklif olunur.

Reyting.az
“RİA Novosti”-yə istinadla xəbər verir ki, belə bir təkliflə Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlev (“Rodina” partiyası) çıxış edib.

Rusiyalı deputat deyib ki, Puqaçova bu çıxışı ilə Rusiya Federasiyası Silahlı Qüvvələrini gözdən saldığına və Qərb təbliğatı üçün çalışdığına görə, xarici agent kimi tanınmalı, Rusiya Federasiyasındakı bütün əmlakından məhrum edilməlidir.

Qeyd edək ki, Puqaçova “Instagram” sosial şəbəkəsində Kiyevdəki uşaq xəstəxanasına raketin düşməsi ilə bağlı paylaşım edib.

Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi Ukraynada mülki hədəflərə qəsdən zərbə endirilməsi ilə bağlı bəyanatların həqiqətə uyğun olmadığını iddia edir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
20-10-2024, 10:17 Bölgələrə qar yağıb

{sape_links}{sape_article}