











Tarix: 13-05-2016 16:50 | Bölmə: Slayd
«Biz baş verənlər barədə yazılanları ürək ağrısı ilə izləyirik. Görün, vəziyyət nə yerdədir ki, müəllim şagirdinin başına oyun açır».
Reyting.az xəbər verir ki, bu fikirləri MMP sədri Hafiz Hacıyev səsləndirib. O bildirib ki, müəllimindən hamilə qalan şagirdlə bağlı məsələ Azərbaycan təhsilinin hansı vəziyyətdə olduğunu göstərir:
«Azərbaycan təhsil sisteminə normal rəhbərlik edilsəydi, məktəblərdə bu cür hadisələr olmazdı. Məktəbə direktorları, müəllimləri pulla işə götürəndə belə bir biabırçı nəticələr ortaya çıxmalı idi. Ona görə də Azərbaycanda təhsil deyilən bir şey yoxdur».
Partiya sədri təhsil naziri Mikayıl Cabbarova da mesaj göndərib: «Onun təhsildən xəbəri yoxdur, amma nazir kürsüsündə əyləşib. Kimlərəsə yaxın olmaq, yaxşı nazir olmaq demək deyil. Məktəblərdə dəqiq araşdırma aparılsa, bu cür iyrənc məsələlərin çox olduğu üzə çıxar. Orta məktəblərdə, universitetlərdə çox biabırçı hadisələr baş verir. Qoruqçunu təhsil naziri qoyanda müəllim də şagirdinin başına oyun açacaq”.
H.Hacıyev məktəb direktorlarının da müəllimlərə problemlər yaradıqlarını deyib: "Belə faktlar yüzlərlədir. Ona görə də bunu qətiyyətlə pisləyirəm. Hesab edirəm ki, biabırçı olaya görə təhsil naziri istefa verməlidir».
Bölməyə aid digər xəbərlər