16:47 / 09-05-2025
Rövnəq Abdullayev yeni naziri kollektivə təqdim edib
15:28 / 09-05-2025
Masallıda avtomobil aşıb: 3 nəfər ölüb
14:18 / 09-05-2025
İlham Əliyev və birinci xanım Şuşada - (Yenilənib)
09:59 / 09-05-2025
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblər
09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
09:05 / 09-05-2025
Anqola prezidenti İlham Əliyevə zəng edib
08:55 / 09-05-2025
Putin qədəhini “Qələbə və Sülhün şərəfinə!” qaldırıb
08:50 / 09-05-2025
Bayden: Trampın hakimiyyətə gəlməsində məsuliyyətim var
08:45 / 09-05-2025
Rumiyna göndərdiyi yardıma görə Kiyevdən təzminat umur
08:29 / 09-05-2025
Tramp “Dünya gözəli”nin təkilatçısı kimi danışır
08:15 / 09-05-2025
Si Cinpin: “Böhranın səbəbləri aradan qaldırılmalıdır”
00:03 / 09-05-2025
Prezident Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib - Foto
23:44 / 08-05-2025
Pakistan Hindistana raketlərlə cavab verib
22:40 / 08-05-2025
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
21:05 / 08-05-2025
Məhkəmə: Kəlbəcərin işğalını əks etdirən videomaterial nümayiş olunub - (Yenilənib)
20:33 / 08-05-2025
Zəvvarlar üçün Həcc ayinlərinin vaxtı elan olunub
20:17 / 08-05-2025
Məşhur rejissor böyük faciəni ekranlaşdıracaq
19:31 / 08-05-2025
Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
18:40 / 08-05-2025
Pakistan Hindistanın 25 PUA-sını vurub
18:28 / 08-05-2025
95 milyard avroluq məhsula rüsum tətbiqinə hazırlaşırlar
18:15 / 08-05-2025
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetləri Yüksək Dialoqa yekun vurub - Fotolar
18:05 / 08-05-2025
AFFA klublara Premyer Liqada iştirak üçün lisenziya verib
17:59 / 08-05-2025
27 yaşlı gənc tikinti obyektində yıxılaraq ölüb
17:46 / 08-05-2025
DTX və DSX-dən birgə əməliyyat: bir nəfər saxlanılıb
17:30 / 08-05-2025
Tofiq Yaqublu ilə bağlı Azərbaycan prezidentinə müraciət ediblər
17:27 / 08-05-2025
Putinin “parad atəşkəsi” 734 dəfə pozulub
17:08 / 08-05-2025
Prezident mədəniyyət və elm xadimləri ilə bağlı sərəncam imzalayıb
17:07 / 08-05-2025
Nazirliyə 5 milyon manat ayrılıb
16:58 / 08-05-2025
İncəsənət xadimlərinə Prezident mükafatı verilib - (Siyahı)
16:51 / 08-05-2025
Tramp Ərdoğanı Rusiya ilə Ukrayna arasında vasitəçilik etməyə çağırır
16:55 / 04-05-2025

10:50 / 05-05-2025

00:06 / 05-05-2025

19:52 / 04-05-2025

23:43 / 05-05-2025

07:53 / 05-05-2025

21:00 / 05-05-2025

10:43 / 05-05-2025

21:33 / 05-05-2025

13:21 / 07-05-2025

20:35 / 06-05-2025

08:40 / 05-05-2025

Tehranda HƏMAS liderinin qətli: islahatçı prezidentin yoluna indidən daş atırlar
Tarix: 01-08-2024 13:36 | Bölmə: Slayd

İyulun 30-da Tehranda çoxlu xarici nümayəndə heyətinin gəlməsi və prezident Məsud Pezeşkianın andiçmə mərasimindən sonra gecə sakit olub. Lakin yerli vaxtla saat 1:45-də şəhərin imkanlı şəxslərinin yaşadığı şimalda sakinlər güclü partlayış səsi eşidiblər. Bir neçə saat ərzində İran hakimiyyəti HƏMAS Hərəkatı Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürüldüyünü təsdiqləyib. Son illərdə müntəzəm olaraq Tehrana gələn Haniyə prezident Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İranın paytaxtında idi.
Reyting.az xəbər verir ki, “Amwaj.media”-nın yazdığına görə, insidentin təfərrüatları cüzi məlumdur:
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) yerli vaxtla səhər saat 6:10-da yaydığı ilkin açıqlamaya görə, Haniyənin “iqamətgahı” vurulub, nəticədə HƏMAS lideri “mühafizəçilərindən biri” ilə birlikdə “şəhid olub”.
Bəyanatda hadisənin səbəbi və ölçülərinin “araşdırıldığı və nəticələrin açıqlanacağı” əlavə edilib.
Daha sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun media bölməsi olan “Fars” Xəbər Agentliyi iddia etdi ki, Haniyə Tehranın şimalında [1980-88-ci illər İran-İraq] müharibəsi veteranları üçün xüsusi iqamətgahda qalıb. Bununla belə, İİKK-nın başqa bir qolu olan “Təsnim” İnformasiya Agentliyi bu iddianı mübahisəli sayıb və belə bir obyekt haqqında heç nə deməyib.
Adının açıqlanmasını istəməyən İranın yüksək rütbəli siyasi mənbəsi “Amwaj.media”-ya bildirib ki, Haniyə və Pezeşkianın andiçmə mərasimində iştirak edən digər yüksək səviyyəli xarici qonaqlar əslində, Səadabad Kompleksində qalıblar. Paytaxtın şimalındakı Təcriş meydanının yaxınlığında yerləşən böyük kompleksə hücum yetərindən artıq cəsarət tələb edir. Bu, İran hakimiyyəti üçün daha da utancverici olardı.
İran mənbələrinin iddiasına görə, sui-qəsddən dərhal sonra Ali Milli Təhlükəsizlik Şurası (AMTŞ) təcili iclas keçirib. Prezidentin başçılıq etdiyi və ölkənin mülki və hərbi rəhbərliyini toplayan şura milli təhlükəsizlik və xarici siyasət məsələləri ilə bağlı qərar qəbul edib. AMTŞ iclasının Ayətullah Xamnəinin, eləcə də hakimiyyətin icra, məhkəmə və qanunvericilik qollarının rəhbərlərinin iştirakı ilə Ali Rəhbərin iqamətgahında keçirildiyi bildirilir.
Fövqəladə iclasda iştirak edən yüksək səviyyəli mənbə deyib ki, Haniyənin ilk təhlükəsizlik dəstəsinin, yəni onun fələstinli mühafizəçilərinin hədəf alınan qətldə əli ola biləcəyinə dair şübhələr var.
Mənbə bildirib ki, Tehranın ilkin qiymətləndirməsinə görə, Haniyənin təhlükəsizlik komandasının verdiyi xəbərdən sonra HƏMAS liderini hədəf almaq üçün kiçik kvadrokopterdən istifadə edilib. “Amwaj.media” bu iddiaları yoxlaya bilməyib, bu iddia İran kəşfiyyatını uğursuzluqda ittiham etmək üçün hazırlanmış ola bilər.
Kvadrokopterdən istifadəyə dair ilkin qiymətləndirmə, ölkənin mərkəzindəki müdafiə nazirliyinə aid obyektlərə hücumlar kimi İsraillə bağlı əvvəlki insidentlərə uyğun gəlir. İran kəşfiyyat xidmətləri də dəfələrlə ölkə daxilində yığılacaq kiçik dronların komponentlərinin ələ keçirildiyi ilə öyünərək, İraq Kürdüstanını bu cür qaçaqmalçılıq əməliyyatları üçün start meydançası olduğuna eyham vurub.
Bununla belə, uzaqmənzilli raket və ya dəqiq hava hücumu, ehtimal ki, qonşu dövlətin hava məkanından həyata keçirildiyi barədə fərziyyələr də var. Sonuncu belə hücum 2024-cü ilin aprelində olub. İraqın hava məkanından buraxılan raketin Nətənz uranı zənginləşdirmə obyektini qoruyan hava hücumundan müdafiə sistemlərinin cavab zərbəsilə məhv edilib. Bunu dedikdən sonra bəziləri əlavə olaraq yerüstü silahın istifadə edilib-edilmədiyini düşünür, məsələn, 2020-ci ilin noyabrında nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsi hadisəsində olduğu kimi.
Əgər Haniyə Səadabad Kompleksində qalsaydı, bu, iki açıq-aşkar ziddiyyət ortaya çıxardı.
Birincisi, HƏMAS lideri və Fələstin hərəkatının digər rəsmiləri adətən Nelson Mandela bulvarındakı mülklərində qalırlar. Xalq arasında İordan küçəsi kimi tanınan HƏMAS Nümayəndəliyi Səadabaddan təxminən 20 dəqiqəlik məsafədə yerləşir. Bu ya İranın təhlükədən xəbərdar olduğunu, ya da bir çox xarici nümayəndə heyətinin iştirakına görə kəşfiyyat xidməti adekvat təhlükəsizliyi təmin etməkdə çətinlik çəkib.
Amwaj.media-nın təhlükəsizlik mənbəsinin fikrincə, Haniyə Tehranda gecələməməli idi. Adının açıqlanmasını istəməyən şəxs iddia edib ki, Fələstin lideri İsrailin həm İranda, həm də Türkiyədə onun həyatına qəsd edə biləcəyini bilirdi. Hətta buna görə İbrahim Rəisinin dəfnindən cəmi dörd saat sonra İranı tərk edib.
Bəzi məlumatlı müşahidəçilərin sözlərinə görə, İsrailin Beyrutda “Hizbullah”-ın yüksək rütbəli hərbi məmurunu hədəfə alınaraq öldürməsindən sonra Haniyə İranda qalma müddətini özü uzadıb. Guya “Müqavimət Oxu”nun növbəti addımlarını tarazlaşdırmaq üçün. Tehranın rəhbərlik etdiyi regional ittifaq şəbəkəsi özündə İraq şiə silahlı qruplarını, Livan “Hizbullah”-ını, HƏMAS da daxil olmaqla, Fələstin qruplaşmalarını, Suriya hökumətini və husilər kimi tanınan Yəmənin “Ənsarullah” Hərəkatını birləşdirir.
Haniyənin İran paytaxtında qalmağı, digər “ox” liderləri ilə görüşməyi üstün tutması fikri qismən “Hizbullah” baş katibinin müavini Naim Qasim kimi fiqurların mövcudluğuna əsaslanır.
Onu da qeyd edək ki, Pezeşkianın andiçmə mərasimində “Qüds” Qüvvələrinin rəisi Esmail Qaani də iştirak edib. Mayın sonlarında Rəisinin dəfn mərasimi ilə əlaqədar İran mediası Qaaninin və İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı Hüseyn Səlaminin “Müqavimət Oxu”-nun liderləri ilə görüş keçirməsinin nadir görüntülərini yayıb.
İranın Ali dini lideri sərt ifadəli mesajında özünün ən yaxın regional müttəfiqlərindən birinin Tehranda hədəfə alınmasından qəzəblənib: “Cinayətkar və terrorçu sionist rejim bizim əziz qonağımızı evimizdə şəhid etdi və bizi kədərləndirdi, həm də özü üçün ağır cəza zəmini yaratdı”.
2024-cü ilin aprelində İsrailin Suriya paytaxtında İran səfirliyinin konsulluq bölməsini hədəfə almasından sonra da Ayətullah Xamnəi İsrailə xəbərdarlıq etmişdi ki, İran ərazisi “qırmızı xət”dir.
İyulun 31-də yaydığı ikinci bəyanatda İnqilab Keşikçiləri Haniyəni "İranın 14-cü prezidentinin andiçmə mərasimində iştirak etmək üçün möhtərəm parlamentin dəvət etdiyi 110-a yaxın xarici nümayəndə heyətinin tanınmış simalarından biri" adlandıraraq qisas alacağını bildirib.
Bəyanatda əlavə edilib: “Şübhəsiz ki, sionist rejimin bu cinayəti qüdrətli və nəhəng “Müqavimət Oxu”-nun, xüsusən də İslami İranın sərt və ağrılı cavabı və...Şəhid doktor İsmayıl Həniyənin səylərinin xeyir-duası ilə üzləşəcək. Fələstin xalqının işini və hüquqlarını müdafiə etməkdə onlara kömək edəcək”.
Bu o demək ola bilər ki, aprelin 14-də İranın Dəməşq konsulluğunun bombalanmasına görə İsrailə yüzlərlə pilotsuz uçan aparat və raketlər atmaqla cavab tədbirinə rəhbərlik edən “Sepah” Aerokosmik Qüvvələrinin komandiri Əmir Əli Hacızadə bu dəfə öz qüvvələrini hərəkətə hazırlamaq məcburiyyətində qalacaq.
Haniyə iranlı olmasa da, Tehranda “Müqavimət Oxu”-nun yüksək rütbəli komandirinin öldürülməsi Xamnəinin barmaqarası baxacağı bir şey deyil, xüsusən də digər xarici qonaqların gözü qarşısında.
Nəhayət, Qəzzada atəşkəs perspektivlərini sarsıtmaqdan başqa, Haniyənin öldürülməsinin vaxtı və yeri Pezeşkianın xarici siyasət gündəmini pozmağa yönəldilə bilər. İranın yeni prezidenti qonşu dövlətlərlə əlaqələri yaxşılaşdırmağı və 2015-ci il İran nüvə sazişini canlandırmaq üçün Qərblə danışıqları yenidən başlamağı planlaşdırırdı.
Həniyənin öldürülməsinin arxasında mümkün məqsədlərə işarə edərək, İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif iyulun 31-də ittiham etdi ki, İsrailin baş naziri bölgəni və dünyanı məhz fəlakətin astanasına sürükləyir. Məhz prezident Pezeşkianın andiçmə mərasimində İran xalqını, regionu və dünyanı sülh, əmin-amanlıq və empatiya axtarmağa çağırdığı zaman.
İranın qərar qəbulediciləri Fəxrizadəyə sui-qəsdin ABŞ-nın Tehranla diplomatiyaya keçidi fonunda baş verdiyini xatırlayırlar. İranın Fəxrizadə əməliyyatına cavabı nüvə diplomatiyasının dağılmasına səbəb olan nüvə eskalasiyası oldu. İndi İranda islahatçı bir prezidentin iqtidara gəlməsi və ABŞ-da prezident seçkiləri ərəfəsində mövcud axar kiçik fürsət pəncərəsini noyabrdan çox-çox əvvəl qapada bilər.
Y. QACAR
Bölməyə aid digər xəbərlər

Dünən, 22:40
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
7-05-2025, 19:40
İlham Əliyev Moskvadakı Qələbə paradına qatılmayacaq
7-05-2025, 13:55
Putin nüvə silahından istifadə edə bilər
7-05-2025, 12:57
Rus ordusu mayın 9-dək Dnepropetrovsk vilayətini işğal etmək istəyir
7-05-2025, 09:50
Magistraturalara qəbul imtahanının vaxtı açıqlanıb
7-05-2025, 08:28
Diqqət! Yeni mobil-virus yayılır
7-05-2025, 06:30
Hindistan Pakistana hücum edib - (Yenilənib)
6-05-2025, 17:35
Britaniya Rusiya ilə müharibəyə hazırlaşır - Foto
6-05-2025, 16:07
Məhkəmələrə sədr və müavinlər təyin olunub - Siyahı
6-05-2025, 15:39
Professor: Azərbaycan Türkiyə-İsrail münasibətlərini nisbətən normal müstəviyə çəkə bilib
6-05-2025, 13:05
Dolaşıq kələf: Netanyahu Bakıya niyə uça bilməyib?
6-05-2025, 11:38
Hüseynəliyev nazir təyin edilib
5-05-2025, 18:48
Qəzzanın bütünlüklə ələ keçirilməsi planı təsdiqlənib
5-05-2025, 14:03
"Toplum TV" işi üzrə məhkəmə baxışı təyin olunub
5-05-2025, 10:50
Diktatorun qızı siyasi debüt edir
4-05-2025, 13:57
Azərbaycanın deputatı Moskvada saxlanılıb
3-05-2025, 16:54
Yerin fırlanmasını ləngidiblər - Foto
2-05-2025, 18:00
Professor: Ermənistan Zəngəzur dəhlizi problemini həll etməlidir
2-05-2025, 16:58
Zülfüqarov: Ermənistan etməsə, özümüz edəcəyik
2-05-2025, 13:42
Rusiyanın şərtləri rədd edilir
2-05-2025, 13:13
Kreml niyə Ukraynada seçki keçirilməsinə israr edir?
2-05-2025, 11:10
Vitse-prezident: Ukraynada müharibə tezliklə bitməyəcək
2-05-2025, 09:44
İnsanların yadplanetlilərlə qohumluq əlaqələri araşdırılıb
2-05-2025, 08:35
Bəşəriyyət üçün daha bir təhlükə yaranıb
2-05-2025, 03:00
ABŞ Rusiya-Ukrayna danışıqlarında vasitəçilikdən imtina edir
1-05-2025, 16:43
“Azəristiliktəchizat” ASC-yə yeni sədr təyin edilib
1-05-2025, 16:35
Prezident baş prokuror təyin edib - Sərəncam
1-05-2025, 12:23
Xocalıda itkin düşmüş yeddi mülki şəxsə aid meyit qalıqları tapılıb
1-05-2025, 11:32
Gürcüstanın yeganə müxalif telekanalı qapanıb
1-05-2025, 10:49
Tramp Ukraynadan 350 milyard dollar qazanmaq istəyir
1-05-2025, 03:15
ABŞ və Ukrayna faydalı qazıntılara dair saziş imzalayıblar
30-04-2025, 13:57
Azərbaycan-İran münasibətlərinin üst səviyyəyə qaldırılmasına maneə yoxdur - Professor
30-04-2025, 12:37
ABŞ-İran danışıqları: gündəmə yeni şərtlər gətirmək istəyirlər
30-04-2025, 11:44
İlham Əliyev Qusarda bağçılıq və anbar kompleksinin fəaliyyəti ilə tanış olub - Fotolar