13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Ukrayna daha bir neçə yaşayış məntəqəsini itirib - Fotolar
Tarix: 04-09-2024 09:33 | Bölmə: Slayd
Ukrayna daha bir neçə yaşayış məntəqəsini itirib

Rusiya ordusu Ukraynanın Uqledar şəhəri yaxınlığında irəliləyib.

Reyting.az
-ın xəbərinə görə, “DeepState” analitikləri bildiriblər ki, rus ordusu Preçistovka kəndini ələ keçirib.

Məlumata görə, Rusiya ordusu Uqledar şəhəri yaxınlığındakı Vodyanoye kəndi istiqamətində də irəliləyib.

“DeepState” həmçinin rusların irəlilədiyi istiqamətləri göstərən yeni bir döyüş xəritəsi də paylaşıb.

Analitiklər vurğulayıblar ki, ruslar Preçistovkanı da işğal edib.

Bundan əvvəl bir sıra ekspertlər bildiriblər ki, Rusiya hakimiyyəti Donetsk vilayətinin bütün ərazisini ələ keçirmək istəyir.

Onu da qeyd edək ki, keçmiş alman hərbi məmuru və Avropa Siyasətinin Təhlili Mərkəzinin tədqiqatçısı Niko Langenin fikrincə, Vladimir Putin Ukrayna qoşunlarının Rusiyanın Kursk bölgəsinə hücumunun əhəmiyyətini azaldır və diqqətini Ukraynanın şərqinə yönəldir.




E. KAMAL




Bölməyə aid digər xəbərlər