15:43 / 15-12-2025
Prezident FHN əməkdaşlarını təltif edib - Siyahı
15:31 / 15-12-2025
Şəxsiyyət vəsiqəsi, pasport və daha bir neçə iş üzrə yeni xidmət qaydaları hazırlanıb
15:26 / 15-12-2025
Hərbi ekspert: Cəbhədə döyüşlər, diplomatik təmaslarda isə imitasiya gedir
15:25 / 15-12-2025
Prezident İlham Əliyev amnistiya elan edib
15:20 / 15-12-2025
İlham Əliyev altı ölkə ilə viza ləğvi barədə sazişləri təsdiqləyib
15:11 / 15-12-2025
Azərbaycan və Qazaxıstan arasında üç saziş və bir memorandum təsdiqlənib
15:02 / 15-12-2025
Prezident yeni Təşkilat Komitəsi yaradıb - Sərəncam
14:41 / 15-12-2025
Yetirməmlə fəxr edirəm - Professor yazır
14:17 / 15-12-2025
Prezident ali hərbi və ali xüsusi rütbələr verib - Siyahı
14:14 / 15-12-2025
Naxçıvan Ali Məhkəməsinə sədr təyin olunub
14:06 / 15-12-2025
Çin başqa ölkənin qızıl yataqlarını ələ keçirir
13:52 / 15-12-2025
ASC-nin Müşahidə Şurasının tərkibi təsdiqlənib
13:39 / 15-12-2025
Prezident Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb
13:37 / 15-12-2025
Çinli milyarder İlon Maskla quda olmaq istəyir
13:36 / 15-12-2025
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
13:30 / 15-12-2025
İfrat sağçı namizəd prezident seçilib
13:21 / 15-12-2025
“Bir pəncərə” informasiya sistemi yaradılıb - Fərman
13:19 / 15-12-2025
Sabah leysan yağacaq - Xəbərdarlıq
13:01 / 15-12-2025
Deputat saatlıq tarif maaşı ilə bağlı dəyişikliyi şərh edib
12:35 / 15-12-2025
Dövlət Neft Fondunun 2026-cı il büdcəsi üzrə rəy təsdiqlənib
12:29 / 15-12-2025
Sabah yağış yağacaq - Proqnoz
12:26 / 15-12-2025
İngilis kəşfiyyatı: MI6 casusları Ukraynanı tərk etməyəcək
12:19 / 15-12-2025
Kreml sülh planına düzəlişləri qəbul etməyə bilər
12:01 / 15-12-2025
Gəmilərə və neft kəmərlərinə hücum: Ukraynanın məqsədi nədir?
11:50 / 15-12-2025
DTX həbs olunan icra başçısı barədə açıqlama yayıb - Video
11:48 / 15-12-2025
Məşhur rejissor və həyat yoldaşı qətlə yetirilib
11:43 / 15-12-2025
Göyçə gölü yaxınlığında erməni hərbçi həlak olub
11:39 / 15-12-2025
Pənah Hüseyn: "Ən yüksək səviyyədə siyasi fəaliyyətlə məşğul olacam"
11:25 / 15-12-2025
Rəssam Emil Əzizin “Naxış və siluet” adlı fərdi sərgisi açılacaq
11:11 / 15-12-2025
Ukrayna ordusu Belqorodu raketlərlə vurub
16:55 / 10-12-2025
Köç kompleksi - Akif Əli yazır
16:35 / 11-12-2025
“Qarabağ” üçün həyəcan siqnalı: pley-off şansı əldən çıxır?
14:56 / 11-12-2025
Gömrük Komitəsinin vəzifəli şəxsləri həbs edilib - (Yenilənib)
17:08 / 10-12-2025
0:8 - “Qarabağ”ın adına yaraşmır
14:51 / 12-12-2025
Ağdərə rayonuna növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
18:20 / 14-12-2025
Pənah Hüseyn sədr vəzifəsindən istefa verib - Fotolar
17:47 / 10-12-2025
Prezident Ədliyyə Akademiyasına rektor təyin edib
18:28 / 11-12-2025
Gələn ilin qeyri-iş günləri elan edilib - Siyahı
19:16 / 10-12-2025
Qələbə ümidli “Qarabağ” autsayder “Ayaks”a qarşı - ötən il 0:3, bəs bu dəfə?
17:29 / 12-12-2025
Çinə qarşı yeni koalisiya formalaşdırılır
11:26 / 13-12-2025
NATO ölkələri Rusiya vilayətinin ilhaq planını hazırlayıb
00:20 / 12-12-2025
İlham Əliyev Ümummilli Liderin anım günü ilə bağlı paylaşım edib - Foto
Türkiyənin vasitəçiliyi dalana dirənib
Tarix: 04-09-2024 14:40 | Bölmə: Slayd

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə daxil olmasından bir aya yaxın vaxt keçir. Vladimir Zelenski mümkün sülh danışıqlarında payı artırır, lakin mövcud vəziyyət həmişə müxtəlif danışıqların və sövdələşmələrin vasitəçisi və təşkilatçısı olmağa çalışmış Türkiyənin maraqlarına böyük təsir göstərir.
Reyting.az xəbər verir ki, bu barədə “Regnum” yazıb.
Rusiya nəşrinin təhlilində qeyd olunur ki, son bir ayda Ankara üçün qeyri-adi passivlik müşahidə olunur:
Rəcəb Tayyib Ərdoğan daha çox Yaxın Şərqlə məşğuldur. İndi orada hadisələr intensivliyi və sürəti baxımından Kursk və Pokrovskdan geri qalmır.
İranın İsmayıl Haniyənin qətlinə görə İsrailə cavab verəcəyi gözləntiləri hələ də davam edir. Bölgədəki ABŞ-nın iki təyyarədaşıyan qrupu zəif başlanğıcdadır. İsrail danışıqlar aparır, lakin təkcə Qəzzada deyil, İordan çayının qərb sahilində də döyüşlərini dayandırmır. IDF (İsrail ordusu – red.) və “Hizbullah” arasında zərbə mübadiləsindən sonra Livan cəbhəsinin açılması riski artır.
HƏMAS-ın Qəzzada qanı quruduğu üçün Türkiyə artıq bölgədə çəkisini itirir. Ankara isə Fələstin “Müsəlman qardaşları”nın sponsoru kimi onlara görə məsuliyyət daşıyır.
Amma nə Türkiyə, nə də İran İsrailə ciddi cavab verə bilir. Amerikanın bölgədəki hərbi mövcudluğu və çətin qazanılan Qərb investisiyalarının xaricə axması riski Ərdoğanın Fələstin məsələsini müdafiə etmək üçün güclü ssenari həyata keçirməsinə mane olur.
Daha geniş mənada, İsrail/Qərblə “Müqavimət Oxu”nun müharibəsi şiddətlənərsə, Türkiyə tərəf seçimində çox çətin anlar yaşayacaq. İslam həmrəyliyi İsrail və ABŞ-a qarşı durmağı tələb edir, lakin Türkiyənin maliyyə vəziyyəti bunu düşünməyə belə imkan vermir. Buna görə də Türkiyə Xarici İşlər Nazirliyi Dövlət Departamenti ilə daimi əlaqə saxlayır. Amerikalılar Qəzzada müharibəni bitirmək üçün bölgədəki müttəfiqlərinə ümid etdiklərini təkrarlamaqdan yorulmurlar, lakin Ankara hətta HƏMAS-a təsiri olsa belə, sülhməramlı rol oynaya bilməz, çünki Benyamin Netanyahu daim danışıqlar prosesini pozur.
Eyni şey, əslində, Ərdoğanın iki ildir ki, vasitəçi kimi çıxış etməyə çalışdığı başqa bir hərbi əməliyyatlar teatrında da baş verir. Hələ Kursk hadisələri başlamamışdan əvvəl Dmitri Peskov Ərdoğanın mümkün vasitəçi olmadığını bildirib. Kreml artıq eyham vurmuşdu ki, Zelenski kompromis mövqe tutmayana və Qərb Rusiyanın şərtlərini yerinə yetirməyə razılaşana qədər danışıqlar real deyildi.
Kursk macərasından sonra Türkiyənin vasitəçilik şansı daha da azaldı.
Əvvəllər Putin hələ də danışıqların mümkünlüyünə icazə verirdi, amma indi hər şeyə fasilə verilib. Ankaranın isə indi deməyə sözü yoxdur. Kiyev daha bir “qırmızı xətti” keçdiyi halda, Ərdoğan Putini Ukraynanı müzakirə etmək üçün necə səfərə dəvət edə bilər? Bu, boş söhbət olardı və Kreml boş yerə Dolmabaxça Sarayı ilə danışmaq fikrində deyil.
Bu, Ərdoğan üçün son dərəcə yöndəmsiz bir vəziyyətdir. O, özünü dünyada hörmətli siyasətçi hesab edir, həm Vaşinqtonda/Brüsseldə, həm də Moskvada və Pekində onun fikri dinlənilir. Amma bu məsələdə sözü qulaqardına vurulur.
Kursk ətrafındakı vəziyyətə təsir edə bilməyən Ərdoğan və onun tərəfdaşları günahkar axtarmağa başladılar. İki il əvvəl olduğu kimi, yenə hədəf Qərb oldu.
Avqustun 29-da Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş “Habertürk” kanalında çıxış edərək İstanbul razılaşmalarının Vaşinqtonun mövqeyinə görə iflasa uğradığını xatırladıb. “Birləşmiş Ştatlar Ukraynadakı hərbi əməliyyatlara görə Avropa qitəsini konsolidasiya etməyə çalışır, Rusiyanı ciddi problemlərə cəlb etmək istəyir və regional təlatümləri güc balansı üçün vacib hesab edir”, - deyərək o, əlavə edib ki, müharibənin dayandırılması üçün Rusiya və Ukrayna “siyasi niyyətlərini ortaya qoymalıdır”.
Ertəsi gün xarici işlər naziri Hakan Fidan da coşub-daşıb. Sloveniyaya səfəri zamanı o, Ukraynada nüvə silahından istifadəyə qarşı xəbərdarlıq edib. "Bu müharibənin nüvə münaqişəsinə çevrilməsi riski var”. O, Türkiyənin münaqişənin tezliklə sülh yolu ilə həllində israrlı olduğunu bildirib və bunun nəticələrini proqnozlaşdırmağın çətin olmadığını diqqətə çatdırıb.
Nazir həmçinin qeyd edib ki, Ərdoğan Putin və Ukrayna prezidenti ilə əlaqə saxlayır, öz təşəbbüslərini təklif edir.
Türkiyə administrasiyasının demək olar ki, bir aya yaxın sükutunu pozması daha çox Rusiya ilə Qərb arasında baş-başa toqquşma riskinin artması ilə bağlıdır.
Türkiyə rəsmilərinin çıxışı ərəfəsində Rusiya Xarici İşlər Nazirliyi Zelenskini təcavüz aktları törətməyə sövq edən düşmənçilik hərəkətlərinə görə ABŞ-a cəzanın qaçılmaz olduğunu xatırladıb: “F-16”-lar Ukraynaya göndərilib, sentyabrın 1-də isə Ukrayna Silahlı Qüvvələri Rusiyanın şəhərlərinə yüzdən çox pilotsuz təyyarə göndərib və uzaqmənzilli raketlərdən istifadə üçün icazə gözləyir.
Belə dəyişənləri nəzərə alsaq, sual təkcə Türkiyənin vasitəçilik reallığı ilə bağlı deyil, həm də Türkiyənin strateji seçimi ilə bağlı ortaya çıxır. Yaxın Şərqdə olduğu kimi burada da bunu etmək asan deyil. Məsələn, Türkiyə bir tərəfdən Rusiya ilə birgə enerji layihələri həyata keçirmək istəyir, eyni zamanda, ABŞ sanksiyalarına uyğunlaşmaq məcburiyyətindədir. Digər tərəfdən, türklər danışıqların zəruriliyindən danışır, lakin həm də Ukraynaya hərbi təchizatla bağlı məlumatlar ortaya çıxır.
Münaqişə dünya üçün təhlükəli həddə çatana qədər Ərdoğan bitərəf qalmağa çalışır. Dəniz məktəbinin buraxılış mərasimində isə o, deyib: “Bəzilərinin iddia etdiyi kimi biz Aİ və ŞƏT arasında seçim etmirik. Seçim etmək məcburiyyətində deyilik”.
ŞƏT ilə yanaşı, Türkiyə də BRİKS sıralarına daxil olmaq istəyir. “Bloomberg”-in məlumatına görə, Ankara artıq ərizə təqdim edib.
Eyni zamanda, Moskvanın hələ də narahatlıq üçün səbəbləri var. Yeni kabinetin Rusiyaya düşmən olan Qərblə əlaqələr qurmaq kursu Kremldə o qədər də nikbinlik yaratmır, bunu Putin də deyib.
Avqustun 19-da isə Rusiya tərəfi xarici işlər nazirinin müavini Mixail Qaluzin vasitəsilə Türkiyə səfiri ilə görüşdə hər ehtimala qarşı Ankaranı “kollektiv Qərb ölkələrinin dağıdıcı siyasətində” iştirakdan imtina etməyə çağırıb.
Son zamanlar Türkiyə Qərblə yaxınlaşma yolunda daha bir neçə addım atıb. Fidan 5 ildə ilk dəfə olaraq Ukraynaya dəstəyin də müzakirə olunduğu Aİ ölkələrinin qeyri-rəsmi toplantısında iştirak edib. Elə həmin günlərdə “Cümhuriyyət” qəzeti Türkiyənin “S-400” hava hücumundan müdafiə sistemlərini saxlamaq müqabilində “F-35” qırıcıları almağa hazır olduğunu yazıb.
Hadisələrin bundan sonra necə inkişaf edəcəyini zaman göstərəcək. Ancaq ən azı Ukrayna Silahlı Qüvvələri Kursk bölgəsini tərk edənə və Zelenski Qərbin istəyi ilə danışıqlar masasına oturana qədər Türkiyənin diplomatik imkanları məhduddur. Ankaranın siyasətində qərbyönlü meyillər Türkiyənin Ukrayna istiqamətində diplomatik səyləri üçün əlavə yükə çevrilə bilər.
Putin “İstanbul formatı”nı yüksək qiymətləndirsə və Lavrov bu gün Türkiyənin dəniz yolu ilə qida tədarükünün qorunmasına dair razılaşmaları yeniləmək cəhdlərini xatırlasa belə, danışıqlar platforması sonda Çin, BƏƏ və ya Qlobal Cənubda hansısa başqa gücə çevriləcək.
Qərb liderləri Pekinə gedib Putinə təsir etmək üçün Si Cinpinə yalvarırlar. Və Əmirliklər, media mənbələrinin bildirdiyinə görə, Kurskda hadisələr başlamazdan əvvəl Rusiya və Ukrayna arasında danışıqlara hazırlaşırdılar. Maraqlıdır ki, 115 məhbusun sonuncu böyük mübadiləsi məhz Əbu-Dabinin vasitəçiliyi ilə baş verib.
Belə vəziyyətlərdə Türkiyənin vasitəçilik rolu görünmür.
Y. QACAR
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:25
Prezident İlham Əliyev amnistiya elan edib
Bu gün, 15:02
Prezident yeni Təşkilat Komitəsi yaradıb - Sərəncam
Bu gün, 14:14
Naxçıvan Ali Məhkəməsinə sədr təyin olunub
Bu gün, 13:36
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Bu gün, 13:21
“Bir pəncərə” informasiya sistemi yaradılıb - Fərman
Bu gün, 10:34
Dəm qazı təhlükəsindən necə qorunmalı? - Xəbərdarlıq
Dünən, 19:31
FHN əhalini təhlükədən xəbərdar edib - Xəbərdarlıq
13-12-2025, 11:52
İnsanlar və robotlar arasında toqquşma olacaq - Xəbərdarlıq
13-12-2025, 11:26
NATO ölkələri Rusiya vilayətinin ilhaq planını hazırlayıb
12-12-2025, 20:26
Təhsil eksperti Kamran Əsədova cinayət işi açılıb
12-12-2025, 17:29
Çinə qarşı yeni koalisiya formalaşdırılır
12-12-2025, 14:07
Tramp: Ukrayna münaqişəsi III Dünya Müharibəsinə səbəb ola bilər
12-12-2025, 13:24
Rus ordusu beş yaşayış məntəqəsi istiqamətində irəliləyir
12-12-2025, 11:57
Moskva türkmənlərin neytrallığına təhlükəsizlik zəmanəti təklif edir
12-12-2025, 11:27
Zamanın sirri: vaxt həm irəli, həm də geri axa bilər
12-12-2025, 10:48
NATO: Rusiya ilə münaqişə Avropanın qapısındadır
12-12-2025, 00:14
Ümummilli Liderin vəfatından 22 il ötür
11-12-2025, 18:28
Gələn ilin qeyri-iş günləri elan edilib - Siyahı
11-12-2025, 18:04
Madurodan sonra: müxalifət kütləyə nə vəd edir?
11-12-2025, 16:35
“Qarabağ” üçün həyəcan siqnalı: pley-off şansı əldən çıxır?
11-12-2025, 16:15
Türkiyəyə qarşı təhlükəli plan hazırlayırlar - Foto
11-12-2025, 14:56
Gömrük Komitəsinin vəzifəli şəxsləri həbs edilib - (Yenilənib)
11-12-2025, 14:19
Qarabağın daha üç kəndinə köç karvanı gedib - (Yenilənib)
11-12-2025, 13:20
Yeni texnologiya insanlara psixoloji təhlükələr yaradır
11-12-2025, 12:34
Azərbaycan prezidenti Türkmənistan liderinə zəng edib
11-12-2025, 10:59
Marsa insan göndərmək istəyirlər
10-12-2025, 17:38
Diplomatların attestasiyası ilə bağlı qərar verilib
10-12-2025, 14:28
Paşinyan kilsəni siyasətdən uzaq saxlamağa çalışır
10-12-2025, 14:10
DTX ağır cinayətlərdə ittiham olunan şəxsləri saxlayıb - Video
10-12-2025, 09:49
Tramp Rusiyanı qalib tərəf hesab edir
9-12-2025, 13:54
Ukrayna ordusu bəzi mövqelərdən geri çəkilib
9-12-2025, 13:31
2025 ən isti illərdən biri kimi qeydə alınıb
9-12-2025, 13:04
Britaniya Atlantik okeanında Rusiyaya uduzur
9-12-2025, 11:28
2026-cı ilin dövlət büdcəsi təsdiqlənib
9-12-2025, 10:49
Bank kartlarına müdaxilə halları artır - Xəbərdarlıq
9-12-2025, 09:39
TDT nazirləri İstanbulda görüşürlər
9-12-2025, 06:56
Oyunlar dörd hissədən ibarət olacaq - su, yoxsa reklam fasiləsi?

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək