08:15 / 16-10-2024
Ağ ev İsrailə təzyiq edir
19:37 / 15-10-2024
Cəlilabadda zəlzələ olub
Vəzifəli şəxslərə cinayət işi açılıb
Tarix: 16-09-2024 17:17 | Bölmə: Slayd
Vəzifəli şəxslərə cinayət işi açılıb

“Tempo Trips” və “365 Tourism" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş çoxsaylı vətəndaş müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, araşdırma zamanı həmin şirkətlərin vəzifəli şəxslərinin qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xarici ölkələrdə işlə təmin edilmək məqsədilə onlara müraciət etmiş çoxsaylı vətəndaşlara yalan vədlərin verilməsi yolu ilə sonuncuların külli miqdarda pul vəsaitini qanunsuz olaraq ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Baş İdarədə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla ibtidai istintaq aparılır.

Qeyd edilən şəxslərin qanunazidd əməllərinə məruz qalmış vətəndaşlardan Baş Prokurorluğun “961” Çağrı mərkəzinə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə, eləcə də sosial şəbəkələrdəki səhifələrinə müraciət etmələri xahiş olunur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}