08:15 / 16-10-2024
Ağ ev İsrailə təzyiq edir
19:37 / 15-10-2024
Cəlilabadda zəlzələ olub
MOSSAD "peycer"lərə necə müdaxilə edib?
Tarix: 18-09-2024 00:16 | Bölmə: Slayd
MOSSAD "peycer"lərə necə müdaxilə edib?

İsrail Xarici Kəşfiyyat Xidməti - "MOSSAD"ın Livanda partladılan xəbərləşmə cihazlarına ("peycer") necə müdaxiə etməsi ilə bağlı maraqlı iddia yayılıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Sky News Arabia" süjet yayıb.

Telekanal bildirib ki, MOSSAD təxminən 5 ay əvvəl əsasən "Hizbullah"çıların istifadə etdiyi peycerlərə "sıza bilib".

Kanal iddia edir ki, İsrail kəşfiyyatı bununla yanaşı, cihazlar üçün ABŞ və Tayvan istehsallı yeni batareyalara aylar əvvəldən hansısa yollasa partlayıcılar yerləşdirib: "Daha sonra isə əvvəlkilərdən fərqlənməyən həmin "partlayıcı batareylar" Livan bazarına soxulub. Bazardan isə hər kəs adi qaydada onları alaraq istifadə edib. Və bu gün həmin batareyalar müvafiq proqramla partladılıb...".

Telekanal cihazların məhz niyə indi partladılması barədə sual verib: "Bəlkə partlayışda yaralanan İran səfirinə görə?! Hər halda bu, indi cavabı axtarılan əsas sualdır..."

Xatırladaq ki, "xəbərləşmə cihazları"larının kiberhücumla partladılması nəticəsində 9 nəfər ölüb, təxminən 2800 nəfər yaralanıb.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}