İsrail ordusu Livan ərazisinə daxil olub - Fotolar
Tarix: 01-10-2024 09:47 | Bölmə: Slayd
İsrail ordusu Livan ərazisinə daxil olub

İsrail ordusu Livan ərazisinin bəzi nöqtələrinə qurudan hücumlar həyata keçirib.

Reyting.az
xəbər verir ki, İsrail ordusunun sözçüsü Daniel Həcərinin sözlərinə görə, İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın infrastrukturuna qarşı məhdud və intensiv hücumlara başlayıb.

İsrail ordusunun qurudan başladığı əməliyyata hava qüvvələri və artilleriya bölmələri də dəstək verir.



Tel-Əviv rəhbərliyi hücumlarla bağlı Vaşinqton administrasiyasını məlumatlandırıb və Qəzzadakı vəziyyətə paralel olaraq qurudan hücumlarını davam etdirəcəyini bildirib.

“Hizbullah” Livanın cənubundakı Əl-Besatin bölgəsində İsrail əsgərlərini hədəf aldığını açıqlayıb. Livan təhlükəsizlik mənbələri onların hərbi birləşmələrinin sərhəddən 5 kilometr şimala çəkildiyini deyib. Digər tərəfdən, Livan əsgərləri cənubda İsrail sərhədindəki mövqelərindən ən azı 5 kilometr geri çəkilib.

Bu səhər İsrailin müdafiə naziri Yoav Gallant ölkənin şimalındakı zirehli birləşmələrə baş çəkərək Livana qurudan hücuma eyham vurub.



E. KAMAL




Bölməyə aid digər xəbərlər
3-10-2024, 09:45 Leysan və qar yağıb

{sape_links}{sape_article}