Gəncədə partlayış: ölən və yaralılar var - (Yenilənib) - Video
Tarix: 18-10-2024 08:55 | Bölmə: Slayd
Gəncədə partlayış: ölən və yaralılar var - (Yenilənib)

Gəncədə yaşayış binasında partlayış baş verib.

Reyting.az
-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

APA bildirir ki, 5 mərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində bir nəfərin ölüb, bir neçə nəfər yaralanıb.

Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb olunub.

***

Gəncədə yaşayış binasında baş verən partlayış zamanı ölənləri sayı artıb.


Məlumata görə, 5 mərtəbəli yaşayış binasında baş verən partlayış zamanı 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya aparılıb.

***

Gəncədə 5 mərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

Ölənlər Mehriban Paşayeva və Könül Xudaverdiyevadır.

Xəsarət alanlar Nüranə Şahin qızı Əliyeva, Firuzə Ələkbər qızı Yusibova və Bəxtiyar Əsəd oğlu Orucovdur.

***

Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.


FHN-nin Mətbuat xidmətindən bildiriblər ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən binanın dördüncü mərtəbəsində yerləşən mənzildə partlayış baş verdiyi və dağıntı yarandığı müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş operativ xilasetmə əməliyyatı sayəsində dağıntı altından dörd nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Hadisə nəticəsində iki nəfər həyatını itirib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}