Netanyahu: İsrail İrana məhdud zərbə endirməyə razıdır
Tarix: 15-10-2024 11:15 | Bölmə: Slayd
Netanyahu: İsrail İrana məhdud zərbə endirməyə razıdır

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenin administrasiyasına deyib ki, o, İrandakı neft və ya nüvə obyektlərinə deyil, yalnız hərbiyə zərbələr endirməyə razıdır.

Reyting.az
xəbər verir ki, bu barədə “The Washington Post” iki məlumatlı amerikalıya istinadla yazıb.

Məlumata görə, Bayden və Netanyahu arasında telefon danışığı zamanı İsrailin baş naziri deyib ki, ölkə İranın hərbi infrastrukturuna zərbələr endirməyi planlaşdırır.

Qəzet yazır ki, Vaşinqton bu bəyanatı rahatlıqla qarşılayıb.

Jurnalistlərin həmsöhbəti qeyd edib ki, Netanyahu bu müzakirədə əvvəlkindən daha mülayim mövqe tutub.

Hər iki rəsmi bildirib ki, baş nazirin açıq-aşkar mövqeyini yumşaltması Baydenin İsrailə güclü raketdən müdafiə sistemi göndərmək qərarına təsir edib.

Xatırladaq ki, oktyabrın 1-də İran Livanda Tehranın dəstəklədiyi silahlıların liderlərinin öldürülməsinə cavab olaraq İsrailə doğru 200-ə yaxın ballistik raket atıb.

Bundan sonra Ağ ev bəyan etdi ki, Tehran İsrailə qarşı irimiqyaslı raket hücumuna görə ciddi nəticələrlə üzləşəcək.

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bu yaxınlarda deyib ki, İsrail indi İranın iri raket hücumuna cavabının necə olacağını diqqətlə götür-qoy edir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər