10:09 / 08-07-2025
Paytaxt şəhərinin adı rekordlar kitabına düşüb - Fotolar
09:55 / 08-07-2025
Misir piramidalarının daha sirri açılıb
09:42 / 08-07-2025
Biləsuvarda əməliyyat: Vüqar Quluzadə saxlanılıb
09:34 / 08-07-2025
Hikmət Hacıyev: "Sülh var, Ermənistan-Azərbaycan sərhədi sabitdir"
09:15 / 08-07-2025
Makronun Putinə zəng etməsinə səbəb nə olub?
09:10 / 08-07-2025
Avropa Rusiyaya qarşı daha sərt tədbirlər görəcək
09:08 / 08-07-2025
Alla Puqaçovanın səhhətində problemlər yaranıb
09:04 / 08-07-2025
İcra başçısının nümayəndəsi həbs edilib
08:59 / 08-07-2025
Netanyahu Trampla İranda hakimiyyət dəyişikliyindən danışıb
08:55 / 08-07-2025
Polşada Avropanın ən güclü ordusu yarana bilər
08:49 / 08-07-2025
Sərnişin qatarları yay qrafikinə keçir
08:44 / 08-07-2025
Pentaqon Ukraynaya yeni silah tədarükü elan edib
22:43 / 07-07-2025
Böyük Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq edib
20:50 / 07-07-2025
Baş naziri əsgər ölümlərinə görə ittiham edirlər
20:12 / 07-07-2025
DTX və DSX sərhəddə birgə əməliyyat keçirib - Foto
18:33 / 07-07-2025
Bu il sülh sazişi imzalana bilər
18:01 / 07-07-2025
Siyəzəndə qadın paraşütlə qayaya çırpılaraq ölüb
17:43 / 07-07-2025
Mirzoyan: "Biz Azərbaycanla sazişi imzalamağa hazırıq"
17:43 / 07-07-2025
Türkiyə hərbi büdcəni böyüdür
17:22 / 07-07-2025
Zooparkdan qaçan aslan insana hücum edib
17:19 / 07-07-2025
Nazir vəzifəsindən azad edilən şəxs özünü güllələyib
17:16 / 07-07-2025
Rusiyanın neft emalı zavodunu partladıblar
17:08 / 07-07-2025
Bəzi rayonlara leysan yağacaq - Xəbərdarlıq
17:03 / 07-07-2025
Pezeşkian: İsrail mənə sui-qəsdə cəhd etdi, amma...
17:03 / 07-07-2025
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
16:49 / 07-07-2025
“İşsizlikdən sığorta vəsaitlərinin uçotu" barədə qaydaya dəyişiklik edilib
16:37 / 07-07-2025
Peskovdan Azərbaycan-Rusiya münasibətləri haqda - Açıqlama
16:25 / 07-07-2025
Dövlət Nəzarəti Xidmətində təyinatlar olub
16:18 / 07-07-2025
Direktor və müavinlərinin işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlanıb
19:48 / 04-07-2025

14:40 / 03-07-2025

15:47 / 04-07-2025

08:03 / 04-07-2025

11:04 / 03-07-2025

11:51 / 04-07-2025

13:08 / 03-07-2025

19:14 / 04-07-2025

07:37 / 04-07-2025

13:08 / 04-07-2025

14:34 / 03-07-2025

Polis Bakı sakininin əmlakını dağıdanlara qarşı tədbir görməyə tələsmir
Tarix: 15-10-2024 19:48 | Bölmə: Slayd

04 oktyabr 2024-cü ildə “Reytinq” onlayn qəzetində «Bakı sakininə 60 min manatlıq zərər vurublar» başlıqlı məqalədə Bakı şəhər Nərimanov rayon sakini Qarayevə məxsus qarajın darvazasının və içərisindəki əmlakının oğurlanması, dağıdılması və yararsız hala salınması və həmin faktla bağlı Daxili İşlər Nazirliyinə şikayət etməsi ilə bağlı məlumat vermişdik.
Reyting.az-ın əməkdaşı həmin şikayətlə bağlı aparılan araşdırmanın gedişatına dair Qarayevdən müsahibə alıb. Müsahibəni təqdim edirik:
- Qarajınızın dağıdılması və əmlakınızın oğurlanması ilə bağlı polis orqanlarında aparılan araşdırmanın bir nəticəsi oldumu?
- Bildiyiniz kimi, yaşadığım Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi 28 nömrəli binanın həyətində yerləşən qarajımın naməlum şəxs və ya şəxslər tərəfindən dəmir darvazası və digər dəmir hissələri xüsusi avadanlıqla kəsilərək aparılıb. Qarajın damı və daşdan hörülüb suvanmış yan divarlarının çox hissəsi uçurularaq yararsız hala salınıb. Qarajda saxlanılan mebel, avtomaşın ehtiyat hissələri, məişət və digər avadanlıqların bəziləri oğurlandığı, bəziləri isə yararsız hala salındığı üçün dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim, əmlakıma qəsd etməklə qanunsuz hərəkətlər törədən şəxsin və ya şəxslərin aşkar edilərək, barələrində qanuna müvafiq tədbir görülməsini xahiş etdim. Bundan sonra hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları gəldilər. Özünü şöbənin təhqiqatçısı kimi təqdim edən kapitan rütbəsində olan Vüqar adlı polis əməkdaşı mobil telefonunun işığında dağıdılmış qarajıma qısa müddət ərzində səthi baxış keçirdi, fotoşəkillər çəkdi, sonra isə məni polis şöbəsinə dəvət edərək müvafiq ərizə və izahat aldı. Şöbədə hadisə yerinə baxış protokolu tərtib etdi və imzalanması üçün tək mənə təqdim etdi. Lakin bundan sonra telefon zənglərimə cavab və araşdırmanın gedişatı ilə bağlı məlumat verilmədiyinə görə, mən Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Bakı Şəhər Prokurorluğuna, Nərimanov Rayon Prokurorluğuna, Daxili İşlər Nazirliyinə, Nərimanov Rayon Polis İdarəsinə və digər dövlət orqanlarına müvafiq şikayətlər ünvanladım. Buna baxmayaraq, bu günədək hər hansı bir cavab almamışam.

Bildiyiniz kimi, təhqiqatçının vəzifələri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 86-cı maddəsində öz əksini tapıb. Həmin maddəyə əsasən təhqiqatçı öz səlahiyyətləri daxilində istintaq və ya digər prosessual hərəkətləri həyata keçirməli, törədilmiş cinayətə dair daxil olmuş ərizə və digər məlumatlara baxmalı, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamalı, işi öz icraatına götürməli, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması, hadisəni görən şəxslərin müəyyən edilib izahatlarının alınması üçün zəruri tədbirlər görməli, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirməli, müvafiq şəxsləri cinayət işi üzrə zərərçəkmiş şəxs, mülki iddiaçı və ya mülki cavabdeh qismində tanımalı, cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi, habelə tətbiq oluna biləcək xüsusi müsadirənin təmin edilməsi üçün tədbirlər görməli, hadisə şahidlərinin izahatını almalıdır. Eyni zamanda, o, hadisənin başvermə şəraiti ilə tanış olmalı, hadisə və onunla əlaqəsi olan şəxslər barəsində məlumatları əks etdirən sənədləri və digər materialları tələb etməli, hadisə yerinin mühafizəsi, cinayətin izlərinin qorunması, ibtidai istintaqı məcburi olan cinayət işləri üzrə təxirəsalınmaz istintaq hərəkətlərini apardıqdan sonra cinayət işi başlanmasından 10 (on) gündən gec olmayaraq iş üzrə bütün materialları istintaq aidiyyəti qaydalarına uyğun olaraq istintaq orqanına göndərməlidir və s. Lakin təhqiqatçı tərəfindən bu prosessual hərəkətlərin həyata keçirilməsini müşahidə etmirəm. Təhqiqatçı bu günədək məni zərərçəkmiş şəxs kimi tanımayıb və topladığı material üzrə cinayət işi başlamayıb. Mən onunla əlaqə saxlaya bilmirəm.
- Son zamanlar internet səhifələrində, sosial şəbəkələrdə və digər KİV-lərdə Nərimanov rayonu ərazisində, əsasən də yaşadığınız ərazidə «Gold Residense» MMC-nin yol verdiyi qanunsuzluqlar, sakinlərin evlərini, qarajlarını və digər əmlaklarını qanunsuz olaraq sökməsi və yararsız hala salmasına dair bir çox məlumatlar dərc olunur. Ola bilərmi ki, Sizə məxsus qarajı da məhz həmin MMC söküb?
- İnternet səhifələrində bu barədə məlumatlar mənim də qarşıma çıxıb. Amma hüquqi şəxs olan «Gold Residence» MMC-nin mənim qarjımın darvazasını və içərisindəki əmlakımı oğurlaması, əmlakımın dağıdılması və zədələməsinə yol verməsinə inanmağım gəlmir. Çünki, Bakı şəhərində tikinti işləri ilə məşğul olan şirkətin ola bilməz ki, hüquqşünası olmasın və başqasının əmlakının dağıdılmasının, oğurlanmasının cinayət olmasını şirkətin rəhbərliyinə izah etməsin. Əgər həmin şirkətin bu işdə əli varsa, onun rəhbərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə”, 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törədildikdə) və digər maddələri ilə məsuliyyət gözləyir. Amma bir daha qeyd edirəm ki, bu polis və prokurorluq orqanlarının işidir, onlar araşdırma aparmalı və qanuni qərar qəbul etməlidilər.
- Siz özünüz həmin şirkətin rəhbərliyi ilə əlaqə saxlamısınızmı? Bu şirkətin həmin ərazidəki fəaliyyəti barədə hər hansı bir məlumatınız varmı?
- «Gold Residence» MMC-nin ofisi mənim qarajlarımla və Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin 9-cu sahə rəisinin iş otağı ilə üzbəüz yerləşir. Bu MMC-nin direktorunu tapmaq isə müşgül məsələdir. İnternet səhifələrində yayımlanan məlumatlardan göründüyü kimi, bu MMC hazırda Nərimanov rayonunda Fətəli Xan Xoyski prospektindəki yararsız halda olan 128 və 130 nömrəli binaların, həmçinin 12 saylı texniki-peşə məktəbinin binasının söküntüsü ilə məşğuldur. Guya bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 26 yanvar 2024-cü il tarixli 11 saylı Sərəncamı da var. Mən həmin sərəncamın mətnini internet səhifələrindən tapıb oxuya bilmədim, Bakı Şəhər İcra Hakimiyyətinin internet saytında belə bir sərəncam barədə hər hansı qeyd yoxdur. Lakin Nərimanov Rayon İcra Hakimiyyətindən mənə məlumat verdilər ki, həmin Sərəncamda ərazidə olan qarajların sökülməsinə dair hər hansı göstəriş yoxdur.
Mən həmin MMC-nin direktoru ilə əlaqə saxlamağa çalışdım, amma onu tapa bilmədim. MMC-nin ofisindəki işçiləri direktorun kim olduğu barədə ümumiyyətlə məlumat vermədilər. Konkret suallarımı isə cavabsız qoydular. Həmin şirkətin işçiləri yaxşı bilirlər ki, qarajım 1968-ci ildə qanuni olaraq inşa edilib, mənim mülkiyyətimdə və istifadəmdədir. Qarajın üzərində isə mənim telefon nömrəm qeyd olunmuşdur. Şirkətə zəruri olduğu halda həmin nömrəyə zəng vurub, məni dəvət edib, sözlərini deyə bilərdilər. Buna görə də həmin şirkət tərəfindən qarajın sökülməsi, əmlakımın oğurlanması və dağıdılması inandırıcı deyil.
O ki qaldı şirkətin direktoru ilə əlaqə saxlamağıma, bu, mümkün olmayıb. Onun adı fərqli-fərqli göstərilir. Bəzi mənbələrdə qeyd edilir ki, direktor Hüseynov Elnur Əyyam oğludur, digər mənbələrdə isə direktor kimi Qasımov Cəmil Nazim oğlunun adı göstərilir.
Bu yaxınlarda internet qəzetlərindən birində qarşıma bir məqalə çıxdı, orada şirkətin qurucu rəhbəri və rəsmi nümayəndəsi kimi Vüsal Rzayev adlı şəxs müsahibə vermişdi. Digər mənbələrdə direktor kimi Asif İsazadə göstərilir, bəzi mənbələrdə isə MMC-nin direktoru kimi İsazadə Anar Sabir oğlunun adı çəkilir. İndi gəl müəyyən et ki, şirkətin həqiqi direktoru kimdir.
O ki qaldı həmin şirkətin ərazidə yol verdiyi qanunsuzluqlara, bu, göz qabağındadır. Mən ançaq mənə və yaşadığım binaya qarşı qanunsuzluqları göstərə bilərəm. Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, mənim yaşadığım Aşıq Molla Cümə küçəsi 28 nömrəli binanın həyətini və Fətəli Xan Xoyski prospektinə baxan hissəsini alıblar hasara. Bizim binanın söküntü ərazisinə heç bir aidiyyəti yoxdur. Hansı səbəbdən binanın «Gold Residence» MMC tərəfindən mühasirəyə alındığı məlum deyil. Aidiyyəti dövlət orqanları da bunu möhtəbər sübutlarla izah edə bilmirlər.
9 mərtəbəli 4 bloklu binanın həyətinin və Fətəli Xan Xoyski prospektinə çıxışının hasarlanmasına dair hər hansı bir normativ hüquqi akt yoxdur. Həmçinin bu boyda binanın 2 tərəfdən hasara alınması yanğın təhlükəsiziyi qaydalarına da ziddir. Binanın sakinləri də əziyyət çəkirlər. Avtomaşınlarını saxlamağa yer yoxdur, təcili yardım maşınları əraziyə daxil ola bilmir, sakinlər şəhər nəqliyyatının hərəkət etdiyi Fətəli Xan Xoyski prospektinə çıxmaq üçün uzun məsafə qət etməli olurlar. Bunun yaşlısı var, uşağı var... Üstəlik, artıq soyuq və yağmurlu havalar başlayıb və s. Hesab edirəm ki, aidiyyəti dövlət orqanlarının rəhbərləri bu məsələni araşdırmalı, hasarın sökülməsi üçün aidiyyəti üzrə müvafiq göstəriş verməlidirlər. Yalnız söküntü ərazisi, yəni Fətəli Xan Xoyski prospektindəki yararsız halda olan 128 və 130 nömrəli binaların ətrafını hasarlanmalıdır.
Onu da qeyd edim ki, digər bina və obyektlərin qarşısının qanunsuz hasarlanması da cinayətdir. Bu ağır nəticələrə səbəb ola bilər. Binanın Fətəli Xan Xoyski prospektinə çıxışı təcili olaraq açılmalı, həyətindəki hasar isə yalnız söküntü ərazisini əhatə etməlidir.
Ümid edirəm ki, məndən aldığınız müsahibə dərc olunduqdan sonra polis və prokurorluq orqanları qarajımın darvazasını və içərisində saxlanılan bəzi əmlakımı oğurlayan, qarajımı və içərisindəki əmlakımı məhv edən və zədələyən, mənə 60 min manatdan cox məbləğdə maddi zərər vuran cinayətkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları üçün bütün zəruri tədbirləri görəcəklər.
Y. QACAR
P. P. Redaksiya Daxili İşlər Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin məsələyə münasibətinə yer ayırmağa hazırdır.
Bölməyə aid digər xəbərlər

Dünən, 20:12
DTX və DSX sərhəddə birgə əməliyyat keçirib - Foto
Dünən, 18:33
Bu il sülh sazişi imzalana bilər
Dünən, 17:43
Türkiyə hərbi büdcəni böyüdür
Dünən, 14:39
Prezident instituta rektor təyin edib - Foto
Dünən, 12:36
Dağıdıcı fəlakətlər artır - Xəbərdarlıq
Dünən, 11:01
Paşinyanın əleyhdarları ona yumruq silkələyir
3-07-2025, 13:08
Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır
2-07-2025, 16:55
Professor: Rusiya başını itirmiş ayı kimi davranır
2-07-2025, 15:56
Azərbaycan Rusiyadan tam uzaqlaşır?
2-07-2025, 15:33
Rusiya daha da aqressivləşir
2-07-2025, 14:37
Avropa müharibəyə hazırlaşır - Foto
2-07-2025, 11:25
İran ABŞ və İsraildən kiberqisas alır?
1-07-2025, 16:50
Məhkəmələrə hakim təyinatları olub - Siyahı
1-07-2025, 13:01
Ərdoğan “ikinci vətən”indən niyə küsüb?
1-07-2025, 10:45
Rusiya yeni ərazilərin işğalına hazırlaşır
1-07-2025, 09:03
Süni intellekt dünyanı ələ keçirir - Foto
30-06-2025, 16:27
Şahın atom bombası istəyi: ABŞ bunun qarşısını necə alıb?
30-06-2025, 15:08
Professor: Şovinizm Rusiyanı uçuruma aparır
30-06-2025, 12:21
Paşinyan onu “Dəccal” adlandıran kilsəyə müharibə elan edib
30-06-2025, 11:03
Rusiya ilə bağlı dəhşətli statistika açıqlanıb
30-06-2025, 10:57
Ağdamda polis minaya düşüb - (Yenilənib)
30-06-2025, 08:19
Sedna planetinin sirri açılacaq
29-06-2025, 13:16
Putin Rusiyada şovinizmi qızışdırır
29-06-2025, 11:16
Yekaterinburqda saxlanılan azərbaycanlılar hakim qarşısına çıxarılıb - (Yenilənib) - Fotolar
29-06-2025, 10:35
Deputat: Rusiyanın təzyiqləri həm də Azərbaycanın xarici siyasəti ilə əlaqədar ola bilər
28-06-2025, 11:12
Rəsmi Bakı Rusiyada azərbaycanlılara hücumlarla bağlı bəyanat yayıb
28-06-2025, 08:55
İsrail-İran müharibəsi Orta Asiyanın yolunu bağlayıb?
28-06-2025, 00:01
Jurnalist Seyfəddin Hüseynlinin qardaşları öldürülüb - (Yenilənib)
26-06-2025, 08:51
Cənubi Qafqazın ən güclüsü...
25-06-2025, 13:50
Nüvə müharibəsi... - Böyük fəlakətdən iki ölkə qurtulacaq
25-06-2025, 13:03
İsrail-İran müharibəsi Zəngəzur yolunu aça bilər
25-06-2025, 11:20
Beş hərbçiyə general-mayor rütbəsi verilib
25-06-2025, 10:56
Ermənistanda dövlət çevrilişi etmək istəyiblər
24-06-2025, 14:42
Beş ölkə Rusiyanın işğalından qorunmaq üçün milyonlarla mina basdıracaq
24-06-2025, 12:51
“Qiyamət planı” üzə çıxıb - Fotolar
23-06-2025, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə