İt Xeops piramidasına dırmaşıb - Foto
Tarix: 17-10-2024 15:56 | Bölmə: Xəbərlər
İt Xeops piramidasına dırmaşıb

Misirdə Xeops piramidasının zirvəsində it görünüb. Bu barədə "Daily Mail" qəzeti xəbər yayıb.

Reyting.az
adıçəkilən nəşrə istinadla bildirir ki, Misirin Giza şəhərində üç piramidanın ən böyüyü üzərində uçan və video çəkdirən paraplançı Aleks Lanq qəfil onun zirvəsində hərəkəti müşahidə edib. O, kamerasını yaxınlaşdıranda onun ətrafda gəzən bir itin olduğunu görüb və buna təəccüblənib.

Lanq deyib ki, həmin it başının üstündə dəstə ilə uçan quşlara hürürmüş.

Lang daha sonra fotonu, həmçinin qeydə aldığı videonu sosial şəbəkədə paylaşıb.

Bununla belə, bu qədim, həm də nəhəng piramidaya dırmaşan itin sonradan xilas edilib-edilmədiyi bilinmir, çünki inanılmaz görüntü bu canlının hələ də abidənin üstündə qaldığını sübut edir.



Xeops piramidasına, yaxud da Misirdəki 118 piramidadan hər birinə dırmaşmaq ölkədə qanunsuz sayılır. Bu əlamətdar və hündür nöqtənin üstündə nə olduğunu aydın görməkdən ötrü bir çox turistlər, eləcə də turist strukturları piramidanın üzərində yamac paraşütü turları keçirir.

Xeops piramidası, Böyük Giza piramidası - Misir piramidalarının ən böyüyü, qədim fironlar dövrünün Misir memarlıq sənəti abidəsi; dünyanın yeddi möcüzəsindən bu günə qədər gəlib çatmış yeganə, həm də ən qədimidir. Bu piramidanın yaşının 4,5 min il olduğu deyilir. Təxminən 147 m orijinal hündürlüyü ilə, üç minillikdən çox müddət ərzində (təxminən 1300-cü ildə İngiltərənin Linkoln şəhərində kilsənin tikintisinə qədər) piramida Yer kürəsinin ən hündür strukturu hesab olunurdu.

1979-cu ildən, Memfisin, həmçinin onun nekropollarının bir çox digər piramidaları kimi Gizadan Dahşur kompleksinə qədər olan piramida bölgəsi artıq uzun illərdir ki, rəsmən YUNESKO-nun Ümumdünya Mədəni İrs siyahısındadır.

Misirdəki ən qədim Xeops piramidasının hündürlüyü 138 metrdir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}