Bayden Almaniyada nələri müzakirə edəcək?
Tarix: 18-10-2024 09:47 | Bölmə: Xəbərlər
Bayden Almaniyada nələri müzakirə edəcək?

ABŞ prezidenti Co Bayden Almaniyaya səfəri zamanı müttəfiqlərlə əsasən Ukraynadakı müharibəni və bununla bağlı gələcək planları müzakirə edəcək.

Reyting.az
xəbər verir ki, bunu Ağ evin təhlükəsizlik üzrə müşaviri Cek Sallivan bildirib.

“Almaniya, Fransa, Böyük Britaniya və ABŞ-nın dörd lideri iki məsələni müzakirə etmək üçün bir araya gələcək.

Birincisi, Ukraynadakı müharibə və xüsusilə də prezident Zelenskinin qaldırdığı məsələlər”, - Sallivan deyib.

Bundan əlavə, tərəflər Yaxın Şərqdəki vəziyyəti də müzakirə edəcək və Çinə yanaşma yollarını razılaşdıracaqlar.

Xatırladaq ki, Bayden ötən həftə “Ramşteyn” formatında görüş üçün Almaniyaya gəlməli olsa da, “Milton” qasırğası səbəbindən səfərini ləğv etmişdi. Oktyabrın 8-də məlum olub ki, Co Bayden oktyabrın 12-də ilk dəfə dövlət liderləri səviyyəsində keçirilən “Ramşteyn” formatında Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclasında iştirak etməyəcək. Bu qərarın “Milton” qasırğası səbəbindən verildiyi bildirilirdi.

“Amerika prezidentinin Berlinə səfərinə hazırlıqlar indi bərpa olunub, lakin dövlət səfəri əvəzinə xeyli qısaldılmış işgüzar səfər nəzərdə tutulub”, - deyə Alman mediası yazıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}