Kursk vilayətinə böyük hücum gözlənilir
Tarix: 11-11-2024 12:05 | Bölmə: Slayd
Kursk vilayətinə böyük hücum gözlənilir

Rusiya Şimali Koreyalılar da daxil olmaqla, on minlərlə hərbçidən ibarət böyük qrupla Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindəki mövqelərinə hücum etməyi planlaşdırır.

Reyting.az
-ın məlumatına görə, anonim ABŞ rəsmisi CNN-ə deyib ki, yaxın günlərdə Kurska yeni hücum başlaya bilər.

Ukraynalı komandirlərdən biri isə deyib ki, Şimali Koreya qoşunları Kursk vilayətində döyüşlərdə, həmçinin Belqorod vilayətində və Ukraynanın işğal olunmuş ərazilərində müdafiə əməliyyatlarında iştirak edir:

“Əsasən, vəzifələr müdafiənin ikinci eşalonu kimi müəyyən edilib. Kursk vilayətində bunlar birbaşa döyüş əməliyyatlarıdır. Bu qruplar yaxın vaxtlarda Ukrayna ərazisində döyüş əməliyyatlarına cəlb olunacaqlar”.

Hərbçi əlavə edib ki, xarici qoşunların şəxsi heyəti arasında artilleriya mütəxəssisləri və snayperlər də var. Onların müdafiədə iştirakı ruslara öz əsgərlərini cəbhənin digər sektorlarında hücuma keçirməyə imkan verir.

“Hərbi dillə desək, bunlar üç tam qanlı briqadadır. Təsəvvür edin ki, indi düşmən 10 min əsgərini ikinci müdafiə xəttindən çıxarır, Şimali Koreyadan olan əsgərləri ora yerləşdirir və bu üç briqadanı aktiv döyüş əməliyyatlarının getdiyi yerlərdən birinə göndərir”,- deyə ukraynalı hərbçi əlavə edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
10-11-2024, 22:12 Hərbçimiz minaya düşüb
5-11-2024, 09:19 ABŞ-da seçki başlayır