18:00 / 24-06-2019
Sami Yusuf Bakıya gəlib
Azərbaycanlılar, ermənilər və dağıstanlılar arasında atışma: Ölən var - Yenilənib
Tarix: 11-03-2019 11:40 | Bölmə: Cəmiyyət
Azərbaycanlılar, ermənilər və dağıstanlılar arasında atışma: Ölən var

Volqoqrad vilayətinin Frolovo şəhərində iki qruplaşma arasındakı atışmada bir nəfər ölüb, 3 nəfər yaralanıb.

Reyting.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, yaralılardan birinin vəziyyəti ağırdır.

Hadisədən bir qədər sonra polis Qumrak qəsəbəsində ölümlə nəticələnən münaqişənin ehtimal olunan iştirakçılarını saxlayıb. Onlar "Mitsubishi" avtomobilində aradan çıxmağa cəhd göstərsələr də, nəticədə asfalt üzərinə sərilməyə məcbur ediliblər.

Azərbaycanlılar, ermənilər və dağıstanlılar arasında atışma: Ölən var

Məlumata görə, saxlanılanlar çeçenlərdir və martın 10-da yerli vaxtla təxminən saat 17 radələrində adıçəkilən şəhərin Frolovovski küçəsində sahibi erməni olan ofisə gəliblər.

Versiyalardan birinə görə, münaqişəyə və ardınca atışmaya səbəb maliyyə çəkişməsi olub. Digər versiyaya görə, kişilər hansısa təhqirə görə mübahisə ediblər.

Hücum edənlərin 3 nəfər olduğu bildirilir. Bir nəfər dərhal öldürülüb, çünki o, dəhlizə birinci çıxıb və atəşə tuş gəlib.


11:59

Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, atışmaya səbəb hansısa dağıstanlı olub. Söhbətə 6 dağıstanlı gəlib. Onlar Frolovo şəhərində qarışıq erməni-azərbaycanlı ailəsinə məxsus olan mağaza-ofisə daxil olublar. Münaqişə əvvəlcə iqtisadi xarakterli olub. Münaqişədə erməni-azərbaycanlı qarışıq ailənin tərəfində olanların hamısı ticarətlə məşğul olanlardır.

Münaqişə iştirakçılarından birinin sözlərinə görə, ilk atəşi dağıstanlılar açıblar. Nəticədə Frolovo şəhərində ticarətlə məşğul olan E. adlı erməni biznesmen ölüb.

Üç nəfər xəstəxanaya yerləşdirilib. Onların ikisi dağıstanlı, o cümlədən ilk atəş açan həmin oğlan, biri isə erməni-azərbaycanlı ailəsinin nümayəndəsidir.

Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}