12:34 / 05-06-2025
Sabah yağış yağacaq
Rusiya Arktikada nüvə gücünü artırır
Tarix: 04-06-2025 12:04 | Bölmə: Dünya
Rusiya Arktikada nüvə gücünü artırır

Rusiya 2025-ci ilin iyununda Şimal Donanmasına əlavə olunacaq “Borey-A” sinifli ballistik raketləri olan ən yeni nüvə sualtı qayığından istifadə etməklə Arktikada nüvə gücünü artırmağı planlaşdırır.

Reyting.az
xəbər verir ki, bu barədə “Interesting Engineering” məlumat yayıb.

“Knyaz Pojarski” Borey seriyasında səkkizinci və Layihə 955A (Borey-A) modernləşdirilmiş versiyasında beşincidir. Qayıq 3 fevral 2024-cü ildə Sevmaş tərsanəsində (Rusiyada nüvə sualtı qayıqları yaratmaq qabiliyyətinə malik yeganə müəssisə) uzun illər tikintidən sonra suya salınıb.

Qeyd edilir ki, Delta III, Delta IV və “Typhoon” sinif sualtı qayıqlarını əvəz etmək üçün nəzərdə tutulan “Borey-A” platforması təkmilləşdirilmiş gizli imkanlara, su reaktiv hərəkət sisteminə və təkmilləşdirilmiş yaşayış şəraitinə malikdir. Hər bir sualtı qayıq 16-ya qədər “RSM-56 Bulava” qitələrarası ballistik raketləri daşıyır, hər biri 4-6 ikinci raket başlığı ilə silahlanıb.


Bundan əlavə, belə sualtı qayıqlar təqribən 190 meqavat istilik enerjisi yaradan VM-5 təzyiqli su reaktoru ilə təchiz olunub və sualtı qayığın su altında qalanda yerdəyişməsi 24 min ton təşkil edir. Belə rəqəmlər ABŞ Hərbi Dəniz Qüvvələrinin Ohayo sinfinə aid oxşar sualtı qayıqlarının göstəricilərini əhəmiyyətli dərəcədə üstələyir.

Öz növbəsində, Rusiya lideri Vladimir Putin təxminən 31 sualtı qayığa malik olan və Rusiya sualtı qüvvələrinin demək olar ki, 40 faizinə çatan Şimal Donanmasını “ən güclü” adlandırıb.

Beləliklə, Arktika buzlarının əriməsi zamanı yeni gəmiçilik marşrutları və enerji yataqları hərbiləşdirilmiş əraziyə çevriləcək.

Eyni zamanda, ABŞ, Kanada, Norveç və Danimarka da daxil olmaqla NATO üzvləri Arktikada hərbi təlimləri və dəniz qüvvələrinin yerləşdirilməsini gücləndiriblər.

“Vaşinqton həmçinin Arktikada buzqıran gəmilərin tikintisi və logistika proqramları üçün maliyyəni artırır. Eyni zamanda, Rusiya dəniz qüvvələrinin qeyri-ənənəvi istifadəsini sınaqdan keçirir”,- deyə məqalədə qeyd olunur.

ELÇİN




Bölməyə aid digər xəbərlər
3-06-2025, 18:26 Baş nazir istefa verib