12:34 / 05-06-2025
Sabah yağış yağacaq
Xamnəi: Uranın zənginləşdirilməsindən imtina nüvə sənayemizi yararsız edər
Tarix: 04-06-2025 12:09 | Bölmə: Dünya
Xamnəi: Uranın zənginləşdirilməsindən imtina nüvə sənayemizi yararsız edər

Uranın zənginləşdirilməsindən imtina İranın nüvə sənayesini yararsız hala salar və İslam Respublikasını digər ölkələrdən asılı edə bilər.

Reyting.az
xəbər verir ki, bunu İranın ali dini lideri Seyid Əli Xamnəi deyib.

“Uranı zənginləşdirmək imkanı olmadan nüvə sənayesi faydasızdır, çünki belə olan halda biz atom elektrik stansiyalarının tikintisi üçün əlimizi uzadıb dayanmalı olacağıq. Bu, neftin olduğu, amma onu öz ərazisində emal edə bilməməklə müqayisə oluna bilər. Neftin var, amma benzini başqalarından almalısan”,- deyə Xamnəi əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
3-06-2025, 18:26 Baş nazir istefa verib