21:46 / 18-09-2025
Ceyhun Bayramov Aİ komissarı ilə müzakirə aparıb
21:18 / 18-09-2025
Bakıda onlayn qumar təşkil edənlər saxlanılıb - Video
18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
13:31 / 16-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

20:02 / 15-09-2025

Zülfüqarlı qardaşları Prezidentə və Birinci vitse-prezidentə şok müraciət ediblər
Tarix: 17-04-2019 14:29 | Bölmə: Slayd

Nurəddin və Loğman Zülfüqarlı qardaşları “Bakı Steel Company” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri Rasim Məmmədovun onlara qarşı qanunsuz əməlləri ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər.
Reyting.az-a da göndərilən müraciətdə bildirilir:
Cənab Prezident, hörmətli Mehriban xanım, Sizin son zamanlar ölkəmizdə həyata keçirdiyiniz davamlı islahatlar respublika ictimaiyyəti tərəfindən, həmçinin dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir.
Lakin, təəssüflər olsun ki, bəzi qüvvələr Sizin ölkəmizin iqtisadi və siyasi həyatında atdığınız bu uğurlu addımlara kölgə salmağa çalışır.
Sizə bildiririk ki, “Bakı Steel Company” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri Rasim Məmmədov mütəmadi olaraq Zülfüqarlı qardaşlar barədə mətbuatda həqiqətə uyğun olmayan, böhtan xarakterli yazılar yazdırır və açıqlamalar verir. Bundan başqa, məhkəmələrə təzyiq göstərərək, qanunsuz qərarlar qəbul etdirir və bu yolla bizə məxsus olan əmlakları ələ keçirir.
Sonuncu dəfə “Haqqın.az” saytına Rasim Məmmədovun verdiyi açıqlama bizi arzulamadığımız bu müraciəti sizə KİV vasitəsilə ünvanlamağa məcbur edib.

2002-ci ilin aprel ayında Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə sahibkarlarla görüş keçirildi. Ulu öndərin tövsiyəsi ilə tenderdə iştirak edərək, “Bakı Elektroştamp” zavodunun özəlləşdirilməsi ilə bağlı tenderin qalibi olduq. Bundan sonra külli miqdarda investisiya yatırmaqla yararsız vəziyyətdə olan həmin zavodda istehsal prosesini yenidən bərpa etdik. Yüzlərlə vətəndaşımız işlə təmin olundu.
Eyni zamanda 2002-ci ilin may ayında Ulu öndərimiz Heydər Əliyevin tövsiyəsi ilə “Bakı Poladtökmə” zavodunun özəlləşdirilməsi üçün elan edilən tenderdə də iştirak etdik. Həmin tenderin qalibi olaraq külli miqdarda investisiya yatıraraq adıçəkilən zavodu özəlləşdirərək, müəssisədə müasir texnoloji avadanlıqlar quraşdırıb istehsal prosesinə başlayaraq minlərlə vətəndaşımızı işlə təmin etmişdik.
Cənab Prezident, hörmətli Mehriban xanım, bundan başqa 2008-ci ildə külli miqdarda investisiya yatıraraq Qaradağ rayonu ərazisində Qafqazda analoqu olmayan iri diametrli spiral boru istehsalına başlayaraq “Xəzər-boru” zavodunu tikdik.
Yuxarıda qeyd etdiyimiz zavodların hamısı təzyiq göstərilərək müxtəlif yollarla əlimizdən zorla alındı.
Eyni zamanda 2010-cu ildə Bakının Keşlə qəsəbəsində müasir universal şverler və armatur istehsalı üçün yayma xətti quraşdırdıq.
Külli miqdarda investisiya yatırdığımız, bizə məxsus həmin xətti Rasim Məmmədov məhkəmələrə təzyiq göstərməklə qanunsuz qərarlar çıxartdıraraq, qismən ələ keçirməyə nail oldu. Məhkəmə qərarında həmin yayma xəttinin yalnız bir hissəsinin Rasim Məmmədova məxsus olması qeyd edilsə də, komplektliyi tam olmayan və məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyləri ilə həmin avadanlığın istismara yararsız olduğu müəyyən edildiyi halda O, bu gün də məhkəmələrə təzyiq göstərməklə, qanunsuz olaraq bizdən əldən çıxmış fayda adı ilə külli miqdarda pul tələb edir. Baxmayaraq ki, bu tələb tamamilə qanunsuz və absurddur. R.Məmmədov əvvəlcə əmlakımızı zorla əlimizdən alır, sonra bu azmış kimi, bizdən əldən çıxmış fayda adı ilə külli miqdarda əlavə pul tələb edir. Onun bu davranışları hətta işə baxan hakimlərdə də təəccüb və ikrah hissi yaradır.
Bundan başqa, Loğman Zülfüqarlı 2004-cü ildə külli miqdarda investisiya yatıraraq Binəqədi rayonu, Binəqədi şossesi 53 M ünvanında 0,17 hektar torpaq sahəsində 2500 kvadrat metrlik ofis binası tikdirib. 2011-ci ilin yanvar ayından həmin əmlakın Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışda ofisin şəxsi əmlak kimi göstərilməsinə baxmayaraq, Rasim Məmmədov zorla onu da ələ keçirib və bu günə qədər qaytarmır.

Bununla birlikdə, Elnur Zülfüqarlıya məxsus Binəqədi rayonu ərazisində, ümumi sahəsi 1147 kvadratmetr istehsal sahəsi olan qranitkəsmə sexinin, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş mülkiyyət hüququna dair şəhadətnaməni belə nəzərə almadan, həmin sexi də zorla ələ keçirib və bu günə qədər də qaytarmır.
Rasim Məmmədov biz, Zülfüqarlı qardaşlarına qarşı hüquq-mühafizə, istintaq, məhkəmə orqanlarına təzyiq göstərərək dəfələrlə qanunazidd hərəkətləri ilə bizə məxsus əmlaklarımızı zorla ələ keçirərək və bizə dəyəri milyonlarla ölçülən zərər vurub. Həmçinin bunun nəticəsində minlərlə vətəndaşımız işindən məhrum olub. Zəbt olunan sadaladığımız zavodlar və digər müəssisələr isə Rasim Məmmədovun şəxsən rəhbərliyi ilə dağıdılıb və xarabalığa çevrilib.
Cənab Prezident, hörmətli Mehriban xanım, Rasim Məmmədov himayədarlarına arxalanaraq bu qədər saysız-hesabsız qanunsuz əməlləri törətməklə respublikanın rəhbərliyinə biz Zülfüqarlı qardaşları barəsində yalan, həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar verib. Hətta “Bakı Poladtökmə” və “Bakı Elektroştamp” zavodlarını, bizi uydurma ittihamlarla həbs etdirərək ələ keçirmiş, lakin həmin əmlakların dəyərini bu günədək ödəməmişdir. R.Məmmədov tərəfindən zorla ələ keçirilən əmlakımızın dəyərinin ödənilməsi barədə respublika rəhbərliyi tərəıfindən veriən tapşırığı yerinə yetirməyib və həmin məbləğ də bu günə qədər ödənilməyib.
Bizdə olan məlumata görə, həmin məbləğ şəxsən R.Məmmədovun özü tərəfindən mənimsənilib.
Bizə qarşı bu qədər qanunsuzluğa, özbaşınalığa və analoqu olmayan haqsızlıqlara baxmayaraq, Rasim Məmmədov hansı üzlə, mütəmadi olaraq mətbuata Zülfüqarlı qardaşları barəsində həqiqətəuyğun olmayan ziddiyyətli, böhtan xarakterli açıqlamalar verir.
Biz inanırıq ki, Sizin müdaxilənizlə Rasim Məmmədov öz çirkin əməlindən, nəhayət geri çəkiləcək. Çünki Zülfüqarlı qardaşlarının Azərbaycan dövlətinə, hakimiyyətinə, xalqımıza hər zaman göstərdiyi xidmətlər respublika ictimaiyyətinə də məlumdur. Rasim Məmmədovun bu cür qanunsuz hərəkətləri ölkəmizin iqtisadiyyatına ciddi ziyan vurur, və ölkəmizin nüfuzuna ciddi xələl gətirir. Təəssüf ki, R.Məmmədov bunu hələ də başa düşmək istəmir.
Sizdən xahiş edirik ki, müvafiq tədbirlər görərək Rasim Məmmədovun əməllərindəki danılmaz cinayət faktlarının araşdırılması üçün hüquq-mühafizə orqanlarına göstəriş verəsiniz və işin ədalətli həllini şəxsi nəzarətinizə götürəsiniz.
Hörmətlə,
Nurəddin və Loğman Zülfüqarlı qardaşları
P.S. Bizi bu müraciəti ünvanlanmağa “Bakı Steel Company” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri Rasim Məmmədovun uzun illərdir davam edən qanunsuz hərəkətləri, böhtanları məcbur edib.
P.P.S. Reyting.az müraciətdəki ittihamlarla bağlı Rasim Məmmədovun da mövqeyini işıqlandırmağa hazırdır.
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:20
Su problemi milyardlarla insanı risk altında qoyur
Bu gün, 11:35
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
Dünən, 22:16
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
Dünən, 17:54
Prezident Dövlət Proqramını təsdiqləyib
Dünən, 13:54
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
16-09-2025, 16:07
Deputat: Şərtimizi yerinə yetirsinlər, sülh sazişinə hazırlaşaq
16-09-2025, 11:57
Yeni qadağa Rusiya-NATO müharibəsinə səbəb ola bilər
16-09-2025, 11:42
İlin ikinci Günəş tutulması baş verəcək
16-09-2025, 09:07
Okeanlarda 14 min ton qızıl var
15-09-2025, 15:11
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15-09-2025, 13:02
Qarabağda ermənilərin gizli silah anbarları var
15-09-2025, 09:39
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - Fotolar
14-09-2025, 18:40
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
14-09-2025, 17:39
İlham Əliyev Xankəndidə açılışlarda iştirak edib - Fotolar
14-09-2025, 15:37
İlham Əliyev Xocavəndin Qırmızı Bazar qəsəbəsində olub - Fotolar
14-09-2025, 14:57
Azərbaycan prezidenti Xocavəndin Sos kəndinə səfər edib - Fotolar
14-09-2025, 13:50
İlham Əliyev Hadrut qəsəbəsində olub - (Yenilənib) - Fotolar
14-09-2025, 13:17
Prezident Füzulidə - Qaraxanbəyli kəndinin təməli qoyulub - Fotolar
14-09-2025, 11:49
Qar və leysan yağır, çaylardan sel keçir
13-09-2025, 18:41
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
12-09-2025, 10:50
Zülfüqarov: Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər
12-09-2025, 09:10
Güclü maqnit qasırğaları gözlənilir
12-09-2025, 00:10
Zelenski liderləri üçtərəfli sammitə çağırır
11-09-2025, 14:21
Hərbi ekspert: Polşa, Avropa və NATO müharibəyə hazır deyil
11-09-2025, 13:31
Professor: Hər iki ölkədə sülhə qarşı çıxanlar var
11-09-2025, 11:55
Su qıtlığının qarşısını almaq mümkün deyil
11-09-2025, 10:51
Beş dövlət BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
11-09-2025, 10:33
Sabah daha 4 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
11-09-2025, 10:28
Putin Avropanı vurmağa davam edəcək
11-09-2025, 10:02
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
11-09-2025, 09:46
Marsda həyat izləri aşkar ediblər
11-09-2025, 06:10
Qarabağa növbəti köç karvanları gedib - (Yenilənib)
10-09-2025, 14:28
Zülfüqarov: Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq
10-09-2025, 12:48
Zənginlərin ümumi sərvəti 6,6 trilyon dolları keçir - Siyahı
10-09-2025, 10:54
Tramp Avropanı Rusiyaya sanksiyalar tətbiq etməyə çağırır
10-09-2025, 10:19
Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır
10-09-2025, 09:31
Güclü küləklə bağlı təhlükə xəbərdarlığı edilib
10-09-2025, 09:22
Hikmət Hacıyev ABŞ-da senatorlarla görüşüb - Fotolar
9-09-2025, 11:33
Sualtı silahlanma yarışı sürətlənir
9-09-2025, 09:10
Etibar Məmmədov aktiv siyasətə qayıda bilər