











Tarix: 07-06-2016 12:47 | Bölmə: Slayd
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovla (Metropolitenin sabiq rəisi) onun müavini Qərib Məmmədov (sabiq komitə sadri) AMEA-da çalışanların hamısını hakim partiyanın sıralarına daxil etmək istiqamətində ciddi fəaliyyətə başlayıblar.
Məlumata görə, AMEA-nın institutlarında görüş keçirən bu cütlük alimlərin hakim partiyaya üzv olmalarının vacibliyini vurğulayıblar. Bu zaman onlar institut direktorlarından tələb ediblər ki, işçilərinin YAP-a üzv olmasını təşkil etsinlər.
Məlumatda bildirilir ki, Tağı Əhmədovla Qərib Məmmədov AMEA-da keçirdikləri görüşdə YAP-ın qurulmasında iştirak edən alimlərin sərt sualları ilə də üzləşiblər. YAP-çı alimlər hakim partiyanın qurulduğu çətin günlərdə bu şəxslərin meydanda olmadığını, vəzifə paylanarkən öndə olduqlarını vurğulayıblar. YAP-çıların sərt sualları qarşısında isə Tağı Əhmədovla Qərib Məmmədov susmalı olublar.
YAP-a üzvülük məsələsinə gəlincə, AMEA-da çalışanlar bildiriblər ki, bəzi əməkdaşların aylıq maaşı 200 manatdır və bu, onların dolanışığı üçün çatmır. Hər ay bu maaşlarından 2 manat da hakim partiya üçün kəsilməsinə razı deyillər. Bu səbəbdən də onlar YAP rayon təşkilatının rəhbər şəxslərindən narazılıqlarını ifadə ediblər.
Reyting.az
Bölməyə aid digər xəbərlər