











Tarix: 08-06-2016 12:12 | Bölmə: Slayd

Almaniya Bundestaqının qondarma erməni soyqırımı ilə bağlı qərəzli qətnaməsi sadə məsələ hesab edilmir. Sözsüz ki, burada qardaş ölkəTürkiyəyə təzyiq məqsədi güdülür. Elə bu səbəbdən də, Azərbaycan Türkiyəyə açılan savaşa qarşı çıxır.
Hətta prezident İlham Əliyev də Almaniya Bundestaqının məlum qərarına sərt reaksiya verib. Ölkə başçısı bildirib ki, Azərbaycan bütün məsələlərdə Türkiyəni dəstəkləyir, Türkiyənin yanındadır və bəzi hallarda Türkiyəyə edilən ədalətsizliklərə Türkiyə qədər heyfsilənir və öz sözünü deyir.
Eyni zamanda ölkənin demək olar ki, bütün siyasi təşkilatları, o cümlədən müxalifət də bu prosesdə hakimiyyətlə eyni fikirləri bölüşür.
Müsavat Partiyasının başqanı Arif Hacılı "Reytinq"ə deyib ki, məlum sənəd qərəzli olsa da, hüquqi qüvvəsi yoxdur.
A.Hacılının sözlərinə görə, Almaniya Bundestaqı bir müddət əvvəl real faktlar əsasında Qarabağın erməni silahlı birləşmələri tərəfindən işğal edildiyini birmənalı əks etdirən sənəd qəbul etmişdi. İndiki qərar isə heç bir elmi əsas, məhkəmə qərarı, tarixi sübutlar olmadan, mülahizələr əsasında qəbul edilib. Ona görə də bu qərarın hüquqi təsiri yoxdur:
"Müsavat Partiyası bu qərarı pisləyən açıqlama yayıb. Hesab edirik ki, Almaniya Bundestaqının bu qərarı Qafqazda millətlərarası münasibətlərin pisləşməsinə, eyni zamanda qərarda qeyd edilən "digər xristian xalqları" ifadəsinə görə konfessiyalararası münasibətlərin gərginləşməsinə xidmət edir. Bu baxımdan, Bundestaqın qərarı yalnız tarixi həqiqətləri təhrif etdiyi üçün Türkiyə, Azərbaycan tərəfindən deyil, həm də Dünya Təhlükəsizlik Sisteminə problemlər yaratdığı üçün bu barədə narahatlıq keçirən dünya dövlətləri tərəfindən də pislənməlidir".
VİP sədri Əli Əliyev isə "Reytinq"ə açıqlamasında Almaniya Bundestaqının qəbul etdiyi qondarma erməni soyqırımı qərarına cavab olaraq maraqlı təkliflə çıxış edib.
Ə.Əliyev Azərbaycanın Almaniyaya qarşı soyqırımı iddiası irəli sürməsinin gərəkliliyini bildirib: "II Dünya müharibəsi alman xalqının bəşəriyyətə gətirdiyi bəladır. Elə I Dünya müharibəsi də onların ayağına yazılır. Ötən əsrdə yalnız bir müharibədə milyonlarla insanın həyatına son vermiş almanlar indi özlərinə gəlib, başqalarını qondarma soyqırımda ittiham edirlər".
Ə.Əliyevin fikrincə, Bundestaqda qəbul edilmiş qərar bütün dünyada yaşayan türklərə çağırışdır: "Dünyaya faşizm və aşırı irqçilik ideologiyasını gətirənlər tərəfindən indi bizi I Cahan müharibəsinin gedişində Osmanlıya qarşı satqınlıq etmiş, faktiki müharibəmeydanında dövlətə hücum edərək, təcavüzə cəhd etmiş, rus müttəfiqi və xristianların daima Türkə qarşı kullandığı erməni köpəklərinin aldığı cavab zərbəsinin qondarma soyqırım kimi qiymətləndirməsi, Qərb dünyasının Türkiyəyə qarşı ciddi planıdır. Bu plan, müsəlman dünyasını öz ətrafında birləşdirməyə cəhd edən, Türk dünyasının lokomotivi olan Türkiyənin artan gücü vənüfuzunun durdurulması məqsədini güdür".
VİP sədrinin fikrincə, "Paralel dövlət" fiaskoya uğradıqdan, ordudakı bəzi rıçaqlar itdikdən, başında Öcalan kimi uşaq vəqadın qatili duran PKK məhv edilərkən, erməninin rəhbəri olduğu HDP siyasi iflasa uğradıqdan sonra qərb Türkiyəni bu gülünc, lakin olduqca məkrli soyqırım təhdidi ilə sınağa çəkir: "Amma emosiyaya qapılmaq gərəksidir. Qərb özünə alternativ ola biləcək, mütləqi hakimiyyətlərinə rəqib gördüyü bütün tərəfləri, indi də Türkiyəni zəiflətməyə, ram etməyə çalışır. Əlbəttə ki, qardaş dövlətin siyasi administrasiyası gərəkli olan bütün addımları atacaqdır. Bizim dəpayımıza düşən məqamlarda Türkiyə ilə çiyin-çiyinə durmalıyıq. Onsuz da Azərbaycan hakimiyyəti Avropadan məsafələnməyə səbəb axtarırdı, şəraiti Avropadakılar özləri yaratdı. Heç olmasa indi öz iqtidar maraqlarına uyğun, bizim isə milli çıxarlarımıza sərfəli mövqe sərgiləsinlər".
Partiya sədri bu istiqamətdə təkliflər də irəli sürüb. Ə.Əliyev hesab edir ki, parlamentimiz II Dünya müharibəsində almanlar tərəfindən sözdə deyil, real həyatda birbaşa və ya dolayısı ilə qətlə yetirilən 600 000 azərbaycanlının tələfatını real soyqırım kimi qiymətləndirməli, Almaniya Federativ Respublikasından kontribusiya tələbi üçün hüquqi prosedurlara başlamalıdır.
Ə.Əliyevin fikrincə, hökumətimiz Türkiyə ilə Rusiya arasında münasibətlərin bərpası üçün açıq barışdırıcılıq fəaliyyətinə başlamalıdır. Bundan əlavə, Bundestaqda ədalətli mövqeyilə təklikdə qalmış alman əsilli deputat Azərbaycanın yüksək dövlət təltifinə layiq görülməlidir.
AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə bildirib ki, Alman Federal Məclisinin "erməni soyqırımı" haqqında qətnamə qəbul etməsi saxtakarlığa və yalanlara ortaq olmaq anlamı verir.
Onun fikrincə, parlament nə məhkəmədir, nə də tarixi araşdırma mərkəzi. Bu qətnamənin isə heç bir hüquqi əhəmiyyəti və qanuni gücü olmasa da, Avropanın öz dəyərlərinə hörmətsizlik nümunəsidir: "Eyni zamanda işğalçıya, təcavüzkara və terroru, nifrəti dövlət siyasətinə çevirən Ermənistana haqq qazandırmaq cəhdidir. Bəzən yanlış olaraq qətnamənin qəbulunda "erməni əli", yaxud da hansısa "iz" axtarılır. Bu qətnamənin qəbulunun iki köklü səbəbi var - sivlizasiyalararası yanaşma və Türkiyəyə qarşı basqı. Post-sovet məkanının süqutundan sonra, dünyanın yenidən bölüşdürülməsi uğrunda gedən mübarizə, islam-xristian qarşudurmasının yeni mərhələyə qədəm qoyması və ən nəhayət, Türkiyənin günü-gündən güclənməsi və İslam liderliyinə can atması Qərbi narahat etməyə bilməzdi.
Diqqət etsəniz görərsiniz ki, müsəlman dünyasındakı siyasi sistemlər bir-bir sıradan çıxarılır. Suriya, Liviya, İraq, Əfqanıstan vəs. kimi dövlətlərdə siyasi sistem iflic edilib. Bəzilərində sərt şəriət qanunlarına əsaslanan və despotik rejimlər höküm sürür. Amma Türkiyə bəlkə də yeganə müsəlman dövlətidir ki, gücünü və dövlətçilik ənənəsini qoruyaraq müasir cəmiyyət formalaşdırıb, demokratik prinsiplərə sayğı var. Ona görə də Qərb dünyası İslamın dayağı olan Türkiyəni çökdürmək, İstanbulu yenidən xristianlığın ikinci paytaxtı etmək planları üzərində baş sındırmaqda davam edirlər. Erməni məsələsi də bir bahənədir. Amma bu məsələ təkcə Türkiyə üçün aktual sayılmamalı, Azərbaycan da bunu özünə təhlükə saymalıdır. Çünki Türkiyənin zəifləməsi və sıxışdırılması Azərbaycanın da maqalarına ciddi zərbə olar".
Ə.Orucov sonda qeyd edib ki, Ermənistan daha aqressiv davranış sərgiləyə bilər: "Hesab edirəm ki, Almaniya Bundestaqı bu qətnamə ilə Qafqazlar və Türkiyə də daxil, böyük bir coğrafi ərazidə yeni gərginlik və münaqişə ocağı yaradılmasına təkan verdi".
Reyting.az
Bölməyə aid digər xəbərlər