“Qanuni oğru” Koroğlu Məmmədov həbsxanadan çıxdı
Tarix: 18-05-2019 19:08 | Bölmə: Slayd
“Qanuni oğru” Koroğlu Məmmədov həbsxanadan çıxdı

Yekatirinburqa və Tagilə “nəzarət edən” Karo ləqəbli “qanuni oğru” Koroğlu Məmmədov azadlığa çıxıb.

Reyting.az Rusiya mediasına istinadən bildirir ki, o, Nijni Tagildəki həbsxanada cəza çəkirdi.

Koroğlu Məmmədovun Uralda böyük nüfuzu var, ona Sverdlovsk vilayətinin şimalındakı kriminal aləmdə xüsusi hörmət bəsləyirlər.

Karo qoca “klassik” məktəbinin “qanuni oğru”su sayılır. Güc strukturları onun azadlığa çıxmasından sonra "kriminal bazar"da yenidən ciddi bölüşdürmə gözləyir. Məlumata görə, yerli cinayətkarlar arasında çox sayda insan ona sədaqət göstərməyə hazırdır. Digər məlumata görə, Karonun “oğru” statusunu hamı da qəbul etmir.

Karo həbs cəzasını 2013-cü ildə alıb. Hələ 2011-ci ildə Nijniy Tagil topdan satış ticarət bazasındakı çeçen tərəfdaşı Said Boqatırev ondan inciyib. O, Karonu şantaj və fiziki məhvetmə ilə hədələməkdə günahlandırıb. İki il araşdırmadan sonra “qanuni oğru”ya 8 il cəza veriblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}