MTN əməkdaşlarının gizli çəkdiyi görüntülər məmurları şantaj hədəfinə çevirəcək
Tarix: 15-06-2016 13:02 | Bölmə: Slayd


Son vaxtlar mediada sabiq MTN rəhbəri Eldar Mahmudov və onun dəstəsinin məmurların və iş adamlarının intim həyatına müdaxilə etdiyi, gizli çəkilişlər apardığı və nəticədə 2800-ə qədər intim görüntülərin əks edildiyi video-kasetə sahib olmaları ilə bağlı məlumatlar səslənir.

Bununla bağlıaçıqlama verən sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev deyib ki, bəzi şəxslər bu kasetlərdən kontur-material kimi istifadə etməkdə maraqlıdırlar.

 

Reyting.az-ın məlumatına görə, Moderator.az-a açıqlama verən M.Hacıyev bildirib ki, kasetlərlə bağlı iddialar MTN-dəki bandit təbəqəsinin ifşasından sonra ortaya çıxıb:

"Mətbuatda bu barədə müəyyən fikirlərin səslənməsinə baxmayaraq, bu, hələ o demək deyil ki, bu kasetlər ortadadır. Ola bilsin ki, bir-iki fakt olsun. Lakin mən inanmıram ki, bu kasetlərin hamısı ortadadır və ya kimlərsə tərəfindən müsadirə edilib.

Bu, qeyri-qanuni çəkilişlərdir. Bu çəkilişləri isə MTN işçiləri elə saxlamaz ki, onlar ifşa ediləndən sonra asanlıqla ələ keçsin. Bu kasetlər gizli şəraitdə saxlanılır. Mən inanmıram ki, onlar əldə edilsə belə, hamısı məhv edilsin. Aydın məsələdir ki, məmur və qeyri-məmur olmasından asılı olmayaraq, bəzi adamlar müəyyən saxlanclar edib gələcək üçün müəyyən kontur-materiallar saxlayacaqlar. Hamı istəyir ki, kiməsə qarşı onda kontur-material olsun. Bu, xüsusilə dövlət məmurlarına aiddir”.

M.Hacıyev deyib ki, bu kasetlərin hamısının ortada olduğuna və ortada olanların da hamısının məhv ediləcəyinə inanmır: "Ola bilsin ki, müəyyən bir komissya təşkil edib, 3-4-nü məhv etsinlər. Ona da inamıram ki, bu kasetlərin hamısı əldədir.

Hazırda "MTN işi”-ni böyük bir istintaq qrupu aparır. Bu kasetlərin əldə edilməsi, götürülməsi sənədləşdirilir. Bunları istintaq qrupu müsadirə edir. İstintaq qrupu isə bunu müsadirə edəndən sonra dövlət məmuruna vermir. Bu, tamamilə istintaq sirridir. Əgər bu kasetləri əməliyyat-istintaq qrupu əldə edibsə, inanmıram ki, onu kimlərinsə əlinə versin. Həmin kasetlər cinayət işinə əlavə olunur. Çünki gələcəkdə bu kasetlərdən məhkəmə prosesində sübut kimi istifadə edilə bilər”.

 





Bölməyə aid digər xəbərlər