Baş nazir: “208 nəfər ölüb, 1491 nəfər xəsarət alıb, 7500 nəfər tutulub”
Tarix: 18-07-2016 15:14 | Bölmə: Slayd


Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdinə görə 7500 nəfər tutulub.

Bu barədə Türkiyənin Baş naziri Binəli Yıldırım Nazirlər Kabinetinin iclasında məlumat verib. Binəli Yıldırımın sözlərinə görə, saxlanılan şəxslərin 755 nəfəri hakimdir.
Baş nazir əlavə edib ki, dövlət çevrilişinə cəhd nəticəsində 208 nəfər ölüb, onlardan 60 nəfəri polis, üçü hərbçi, 145-i mülki şəxsdir. Xəsarət alanların sayı isə 1491 nəfərdir.

 





Bölməyə aid digər xəbərlər