17:08 / 12-06-2025
Paşinyan Türkiyəyə gedir
ABŞ və Avropa Türkiyənin qarşısında şərt qoydu: “Çox irəli getmə!”
Tarix: 18-07-2016 17:02 | Bölmə: Slayd


ABŞ-ın dövlət katibi Con Kerri Türkiyədəki 15 iyun hərbi qiyamından sonra başlanmış kütləvi həbslərə münasibət bildirib.

Reyting.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, C.Kerri deyib ki, çevriliş cəhdi göstərənlərin məhkəmə önünə çıxarılmasını dəstəkləyirik: "Lakin Türkiyəyə xəbərdarlıq edirik ki, çevriliş cəhdindən sonra qayda-qanunu təmin etmək məsələsində çox irəli getməsin”.

Məlumata görə, Con Kerri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı məsələyə də toxunub. Bildirib ki, Türkiyə tərəfinin təqdim etdiyi dəlillər standartlara uyğun olacağı təqdirdə ekstradisiya anlaşmasına əməl edəcəklər.

ABŞ rəsmisi NATO-nun Türkiyədə baş verənləri nəzərdən keçirəcəyini də söyləyib.

Ankarada baş verənlərə münasibət bildirən Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Mogerini isə bildirib ki, edam cəzasını tətbiq edən heç bir ölkə Avropa İttifaqına üzv ola bilməz:

"Türkiyə Avropa Şurasının bir parçasıdır. O ölkə Avropa İnsan Haqları Konvensiyasına qoşulub və hüquqi prinsiplərə əməl etməlidir”.

Reyting.az

 





Bölməyə aid digər xəbərlər