İngilis dili dünyadakı mövqeyini ancaq internetdə saxlayıb
Tarix: 18-07-2016 17:43 | Bölmə: Slayd

İngilis dili dünya dilləri arasındakı hökmranlığını itirmək üzrədir.

Reyting.az xəbər verir ki, hazırda 339 milyon nəfər ingiliscə danışır. Digər dillərdə danışanların sayı isə belə bölünür: 1,3 milyard nəfər – Çin dilində, 427 milyon nəfər – ispanca, 267 milyon – ərəb, 260 milyon nəfər – hindi, 202 milyon nəfər – portuqal, 189 milyon nəfər – benqal, 177 milyon – rus və s.

Bu tədqiqatı aparmış "Ethnologue: Languages of the World” təşkilatının hesablamalarına görə, hazırda internet resursları arasında ingilis dili üstünlük təşkil edir (53.5%). Rusdilli internet saytları (6,4%) ikinci, alman saytları üçüncü yerdədir (5,5%).

M.RZABƏYLİ





Bölməyə aid digər xəbərlər