İngiltərədən Türkiyə prezidentinə sərt ittiham: “Ərdoğan NATO-nun ikinci ən böyük ordusundan qisas alır”
Tarix: 18-07-2016 18:50 | Bölmə: Slayd


"Bundan sonra dövlət çevrilişi ilə bağlı bir çox şəxslər haqda xəbərlər Silivri həbsxanasından gələcək. Bu həbsxanada hazırda 10 min dustaq, o cümlədən yüzlərlə jurnalist, alim, vəkil və məhkəmə hakim saxlanılır. Onların çoxuna ittiham irəli sürülməyib. Türkiyə prezidenti isə var gücü ilə sübut etməyə çalışır ki, xalq onun hakimiyyətini xilas edib”.

Reyting.az xəbər verir ki, bu sətirlərin yazıldığı İngiltərənin "Daily Mail” qəzeti hazırda Türkiyədə baş verənləri NATO-nun ikinci ən böyük ordusundan alınan qisas kimi dəyərləndirir.

Nəşr Türkiyə prezidentinin demokratiya haqqında baxışını qeyd edir: "Demokratiya qatara oxşayır. İstədiyimiz stansiyaya çatdıqda demokratiyanı əldə edəcəyik”.

"İsveçrənin səkkiz bankında saxlanılan 1 milyard dollar varidatı olan Ərdoğan daha da diktatorlaşır”, – deyə "Daily Mail” yazır.






Bölməyə aid digər xəbərlər