Daha 592 şəxs vəzifəsindən xaric edildi – Çevriliş cəhdinə görə
Tarix: 19-07-2016 16:43 | Bölmə: Slayd


15 iyulda Türkiyədə baş verən dövlət çevrilişinə cəhdlə bağlı cəza tədbirləri davam etdirilir.

Reyting.az-ın xəbərinə görə, bu gün bir sıra qurumlarla yanaşı, Milli İstihbarat Təşkilatından və Nazirlər Kabineti (Başbakanlık) yanında Dini İşlər İdarəsindən (Diyanet İşleri Başkanlığı) xeyli sayda şəxs işdən çıxarılıb.

MİT-in təxminən 100, Dini İşlər İdarəsinin isə 492 əməkdaşı işdən kənarlaşdırılıb.

Onların "Paralel dövlət” adlandırılan Fətullahçılara yaxın şəxslər olduğu iddia edilir.





Bölməyə aid digər xəbərlər